Rusiya prezidenti Vladimir Putin zəlzələ ilə bağlı Türkiyə və Suriya liderlərinə başsağlığı verib.

 

Elitinfo.az TASS-a istinadən xəbər verir ki, o, zəlzələdən kədərləndiyini ifadə edib.

 

“Rusiya yardım göstərməyə və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etməyə hazırdır”, – deyə başsağlığı mətnində bildirilib.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.