Dünya çempionu olan Azərbaycan şahmatçıları mükafatlandırılıblar

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Yerli mətbuat xəbər verir ki, mərasimdə fəxri kürsüdə yer alan şahmatçılara mükafatlar təqdim olunub. Birinci yeri tutan Gövhər Beydullayeva və Məhəmməd Muradlının şərəfinə iki dəfə Azərbaycan himni səsləndirilib. Xatırladaq ki, rapid və blits yarışlarında […]

Continue reading

“Formula 1″ə görə Bakıda nəqliyyatın hərəkətinin məhdudlaşacağı tarix bəlli olub FORMULA 1

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 apreldə baş tutacaq “Formula 1” üzrə Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı açıqlama yayıb. Qurumdan yerli mətbuata verilən məlumata görə, aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq. […]

Continue reading

Gənclər və idman naziri idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov üzgüçülük üzrə gənclər arasında Avropa çempionatının bürünc medalçısı Ramil Vəlizadə və Ümumdünya Oyunlarının kikboksinq yarışlarının qalibi Bəhram Rəcəbzadə ilə görüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, F.Qayıbov hər iki idmançını uğurlu çıxışları münasibətilə təbrik edib. Nazir qeyd edib ki, Azərbaycanın üzgüçülük idmanı tarixində ilk dəfə qitə […]

Continue reading

“Qarabağ” – “Sürix” oyununa 25 min bilet satılıb

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə ev oyununa bilet satışı davam edir. Elitinfo.az xəbər verir ki, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə 25 min bilet satılıb. Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

Continue reading

Las-Veqas 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək

ABŞ-ın Las-Veqas şəhəri 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək. Elitinfo.azxəbər verir ki, yarışın noyabrda gecə saatlarında şəhər trekində keçirilməsi nəzərdə tutulub. Trekin uzunluğu 6,12 km olacaq. Trek şəhərin ən böyük kazinolarının yerləşdiyi Las-Veqas-Strip bulvarından keçəcək. Bu, 1982-ci ildən sonra ABŞ-da üçüncü Qran-Pri olacaq. Hazırda bu ölkədə Mayami və Ostin mərhələləri də keçirilir. 1981-1982-ci […]

Continue reading

Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi erməniyə rəqib olub

  Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala çıxıb. 60 kq-da yarışan idmançı 1/4 finalda macarıstanlı Kriştian Keçkemetini məğlub edib. Onun finaldakı rəqibi ermənistanlı Tiqran Minasyan olacaq. Bu gün mübarizəyə qoşulan yunan-Roma güləşçisi Adəm Hacızadə isə yarışla erkən vidalaşıb. 72 kq çəki dərəcəsindəki idmançı debütdə Macarıstanın digər təmsilçisi Atilla […]

Continue reading

27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir

Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir. Elitinfo.az xəbər verir ki, yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 41 idmançı iştirak edir. Bu gün yekun vurulacaq yarışda qadın, kişi, qarışıq […]

Continue reading

Bu gün Azərbaycanın fiqurlu konkisürəni “Pekin-2022″də mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova “Pekin-2022” Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Elitinfo,az xəbər verir ki, 19 yaşlı idmançımız Bakı vaxtı ilə saat 14:00-da qısa proqramda 24-cü nömrə altında çıxış edəcək. Təmsilçimiz ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb. Qeyd edək […]

Continue reading

Mariya Stadnik: “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra karyeramı davam etdirmək barədə qərar verdim

Güləşməyə böyük həvəsim var. Bütün potensialımı ortaya qoymalıyam. “Tokio-2020” Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra karyeramı davam etdirmək barədə qərar verdim. Elitinfo.az xəbər verir ki, bunu titullu güləşçimiz Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) saytına müsahibəsində deyib. Güləşçi müsahibəsində bildirib ki, bütün yaxınları və dostları ona çox inanırlar: “Oğlum güləşlə məşğul olmağımı istəyir, çünki çox güclü […]

Continue reading

“Vüqar Həşimov” komandası Fransa yığması üzərində inamlı qələbə qazanıb

  Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilir.Elitinfo.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” komandası üzərində inamlı qələbə qazanıb. Belə ki, şahmatçılarımızdan 5-i (Rauf Məmmədov, Kiril Şevçenko, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Murad İbrahimli) qarşılaşmasını qələbə ilə başa vurub, yalnız […]

Continue reading