Bakıda oktyabrın 19, 20 və 21-də “YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan rejissorlar iştirak edəcəklər. Filmlərin nümayişi ilə yanaşı, rejissor, ssenarist və aktyorlarla da görüşlər keçiriləcək.

Elitinfo.azxəbər verir ki, layihənin məqsədi gənc rejissorlara işlərini geniş auditoriyaya təqdim etməyə və yeni başlayan kino xadimləri üçün intensiv təlimlər təşkil etməyə imkan yaratmaqdan ibarətdir.

Nümayiş üçün filmlər “Qadın və onun cəmiyyətdə rolu”, “Yalnızlıq və özünüinkişaf”, “Yaddaş və xəyali mənzərələr” kateqoriyalar üzrə qəbul olunub. Tbilisidə keçirilən beynəlxalq festivalın iştirakçısı Nino Ancaparidze Gürcüstan rejissorlarının layihədə iştirakını təmin edib. “BAFTA Film Awards” (Böyük Britaniya səfirliyinin dəstəyi ilə) qalibləri Böyük Britaniya kinematoqrafını təmsil edəcəklər.

Tamaşaçılar Azərbaycan rejissorlarının filmlərini oktyabrın 19-da izləyə biləcəklər: ilk gündə on beş kinolent nümayiş olunacaq. İngiltərə kino xadimləri filmlərini oktyabrın 20-də təqdim edəcəklər: bu axşam dörd qısametrajlı filmin nümayiş olunması gözlənilir. Tədbir oktyabrın 21-də Gürcüstan filmlərinin nümayişi ilə başa çatacaq – proqrama yeddi kinolent daxildir. Üç günün hər birində filmlərin nümayişindən sonra rejissorlar ilə görüşlər və sual-cavab sessiyaları keçiriləcək.

Layihənin rəhbəri, “YARAT” Müasir İncəsənət Məkanının İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova “YARAT Shorts” layihəsinin ideyasının necə yarandığı və onun perspektivləri barədə danışır.

“YARAT vaxtilə fəaliyyət göstərən və bütün dünyada ən yaxşı qısametrajlı filmləri toplayan “Future Shorts” beynəlxalq festivalını uzun illər Azərbaycanda təqdim edib. Hər mövsüm bizə seçilmiş filmlər göndərilirdi, biz də onları böyük uğurla tamaşaçılara göstərirdik. Festival fəaliyyətini dayandıranda biz kiçik festivalımızı təşkil etmək barədə düşündük. Biz – ölkədə ən böyük müasir incəsənət mərkəziyik və çox sayda yaradıcı insanlar müxtəlif ideyalarla, o cümlədən kino sahəsinə aid ideyalarla müraciət edirlər. Yəni biz mütəmadi əsasla kino nümayişləri keçiririk, öz festivalımız isə bu vaxta qədər olmayıb”, – deyə o bildirib.

Bu il layihənin pilot buraxılışının olacağını və burada münsiflər heyətinin və ya “ciddi” mükafatların (yalnız təşkilatçıların iştirakçılar üçün nəzərdə tutduğu hədiyyələr) olmadığını qeyd edən Ülviyyə Axundova üç ölkənin iştirakının başlanğıc üçün yaxşı hal olduğunu əlavə edir.

“Layihəni festival formatına qədər genişləndirməyi planlaşdırırıq. Uğurlu olarsa, insanların xoşuna gələrsə, növbəti ildə onu daha yüksək səviyyəyə keçirməyə çalışacağıq. Mənə və bütün komandamıza elə gəlir ki, yenicə fəaliyyətə başlayan Azərbaycan kinematoqrafçılarını dəstəkləmək çox vacibdir, çünki onların əməyinin nəticələrini geniş auditoriyaya göstərmək imkanları olduqca azdır. Azərbaycanda həm Lokarno, həm Venesiya, həm də Kannda keçirilən çox nüfuzlu beynəlxalq kinofestivalların proqramına daxil ola bilən rejissorlar var, lakin ölkələri çərçivəsində onları tanımaq, onların haqqında eşitmək və işlərini görmək üçün onların o qədər də çox imkanları yoxdur”, – deyə layihənin rəhbəri qeyd edir.

Ülviyyə Axundova ölkədə kinematoqraf sənayesinin inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirir.

“Ən yaxşı animasiya işlərinin nümayiş olunduğu bu cür festivallar – həm “Baku Shorts Film Festival”, həm də “Anima Films” və nisbətən yaxın zamanda təsis olunan “Sevil” festivalı, sənədli filmlərin nümayiş olunduğu “DokuBaku” festivalı, perspektivdə isə bizim festivalımız da – bu, zövqün formalaşdırılmasına və gənc kinematoqrafçıların yeni işlərinin dəstəklənməsinə gedən yoldur. Müəyyən bir vaxtda kəmiyyət mütləq keyfiyyətə çevriləcək!”, – deyə o vurğulayır.

Filmlərin nümayişi və sual-cavab sessiyaları “YARAT” Müasir incəsənət mərkəzinin zalında keçiriləcək, filmlərin nümayişi saat 19:00-da başlayacaq. Mərkəzin qapıları hər kəs üçün açıqdır, giriş pulsuzdur. İştirak etmək üçün “YARAT” mərkəzinin sosial şəbəkələrdəki səhifələrində və ya təşkilatın saytında dərc olunan linklər vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Ad – 00:12

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MÜƏLLİFLƏ ƏLAQƏ

UNEC-in 10 tələbəsi Prezident təqaüdünü qazanıb

Seçki dairələri üzrə dairə seçki komissiyalarının təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Sabah” basketbol klubu Avropa Kubokunun müntəzəm mövsümündəki I turda uduzub

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” adlı ədəbi-bədii gecə təşkil olunub

Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin nümayişi olub

BDU-nun 10 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Mərkəzi Seçki Komissiyasının 2023-cü il 19 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan gimnastları Avropa çempionatında gümüş medal qazanıblar

Şimali Kiprin Prezidenti Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

“Azərreyl” Çağırış Kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb

Bakıda yeni “YARAT Shorts” layihəsinə start veriləcək

Heydər Əliyevin xilaskarlıq missiyası və misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır

TBMM-in nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

TBMM-in nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb

Azərbaycan ilə Türkiyə arasında ailə, qadın məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans təşkil olunub

Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbirlərdə Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ordu quruculuğunda qazanılan uğurlardan danışılıb

Müstəqilliyin Bərpası Günü münasibətilə AHİK-də tədbir keçirilib

Ulu Öndərin hər kəlməsində Azərbaycanın gələcəyinə köklənmiş böyük ideyaları zaman keçdikcə daha aydın anlaşılır

Fransalı hüquqşünasa Azərbaycanın son antiterror tədbirləri barədə məlumat verilib

Ərazi bütövlüyünün və tarixi ədalətin bərpası: 20 ildə qazanılmış mühüm hərbi-diplomatik uğurlar

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu

İcma: Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi fransız səfiri yaman mütəəssir edib

Türkiyə Prezidenti Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

Azərbaycan akrobatları Avropa çempionatında finala yüksəliblər

Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələri müzakirə edib

Gürcüstan Prezidentinin impiçmenti baş tutmayıb

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qobu Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Niderland parlamentinin qərəzli sənədlərini şiddətlə qınayıb

Düşmənin viran qoyduğu Füzuli yenidən qurulur REPORTAJ

Azərbaycanın və İranın xarici işlər nazirləri bölgədəki mövcud vəziyyəti müzakirə ediblər

Prezident İlham Əliyevin 20 ili: Azərbaycanın regional gücə çevrilməsinin tarixçəsi – ŞƏRH

Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb

Milli Məclisin deputatı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə mühazirə oxuyub

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz illərə sığmayan çox böyük sürətlə inkişaf edib

Məişət zorakılığına məruz qalmış qadınların məşğulluğuna dəstək məqsədli yeni layihəyə başlanır

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ciddədə görüşüblər

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

MEK-də Müstəqilliyin Bərpası Gününə həsr olunan sərgi təşkil edilib

Azərbaycanlı mütəxəssisin komandası “Fənərbağça”ya qalib gələrək vahid lider olub

Memarlıq abidələrinin öyrənilməsində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu – dəyirmi masa

Vergi qanunvericiliyi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib

Professor: ADA-nın ev sahibliyi etdiyi AICT 2023 IKT sahəsində fikir mübadiləsi aparması üçün əla fürsətdir

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

Digər ali məktəblərin məzunları magistratura və MBA proqramları üzrə AzMİU-da təhsil almağa üstünlük verirlər

Gənclərin Respublika Narkoloji Mərkəzinə infoturu təşkil edilib

Prezident İlham Əliyevin 20 illik fəaliyyət dövründə vergi sistemi iqtisadi inkişafın təminində fəal iştirakçıya çevrilib

Məktəbdənkənar müəssisələr – pedaqoji işçilərin 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir

Azərbaycanın ali məktəblərində nə qədər əcnəbi təhsil alır? – statistika

Pakistanın şirkət nümayəndələrinə Azərbaycanda texnopark rezidentliyi barədə məlumat verilib

Azərbaycanda ali təhsil alan qadınların sayı açıqlanıb

Dövlət İdarəçilik Akademiyasında Xarici İşlər Nazirliyinin əməkdaşları üçün təlim

Litvanın Vytautas Magnus Universitetinin müəllimləri ADPU-da

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən

“Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışının qalibləri seçildi

Ceyhun Bayramov: Bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr narahatlıq doğurur

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

Xilaskarlıq missiyasının məntiqi sonluğa çatdırılması tarixi həqiqət anıdır – RƏY

Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur

“Azərxalça” ASC Füzuli Şəhəri Günündə iştirak edib

BDU-da RİİB-in “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”na dair məlumatlandırma tədbiri

TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub

Oktyabrın 19-na olan USD/AZN rəsmi məzənnəsi

Cəlilabadda Dövlət Müstəqilliyinin Bərpasının 32-ci ildönümü qeyd olunub

Dənizçilər sığorta sahəsində maarifləndiriliblər

Qazaxıstanda Gülnarə Xəlilovanın “Kolaj” kolleksiyası təqdim olunacaq

Avstriyada terror təhlükəsi səviyyəsi maksimim dərəcəyə qaldırılıb

Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Yalan və ixtilaf fabriki

Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertləri təcrübələrini azərbaycanlı mütəxəssislərlə bölüşüblər

Narkomaniyaya qarşı maarifləndirici tədbir: “Həyatına dəyər ver”

“Əmanətlərin sığortalanması sistemi və risklərin idarə edilməsi mexanizmi” mövzusunda təlim keçirilib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Akademik Rafael Hüseynovun “İkinci olmayacaq” kitabı çapdan çıxıb

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Fotoqraflar səhhətlərinə diqqət çəkdilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Talip Uzun: Azərbaycan və Türkiyə gələcəyi, ideyası bir olan dövlətlər kimi birgə addımlayır

Türkiyənin ailə və sosial xidmətlər naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ağdam-Füzuli avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Təhsil müəssisələrində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Qəbələdə güllə atıcılığı üzrə birincilik keçirilib

Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl və Laçında yerquruluşu işləri yekunlaşaraq kadastr sisteminə miqrasiya olunub

İcma sədri: Şübhə etmirik ki, Türkiyə Qərbi Azərbaycan məsələsində də ölkəmizin yanında olacaq

Şair Nəbi Borçalının 150 illik yubileyi qeyd olunub

“Neftçi” – “Zenit” oyununun vaxtı və yeri dəqiqləşib

Mərkəzi Gömrük Hospitalında nadir xəstəliklə doğulmuş uşaq üzərində əməliyyat uğurla icra olunub

Azərbaycanın qolf turizmi imkanları Portuqaliyada təbliğ edilir

Coğrafiya İnstitutu: Coğrafiya fənninin ölkəmizdə beynəlxalq olimpiadalar siyahısına daxil edilməsi gözlənilir

® “Azercell” “Rebuild Karabakh”a dəstəkdir

İşğaldan azad olunmuş ərazilərə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılacaq

“Hidrogen enerjisi: fürsətlər və çağırışlar” mövzusunda vebinar keçiriləcək

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən