Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Türkiyədəki dəhşətli zəlzələ ilə əlaqədar qardaş xalqa başsağlığı verib.

 

Elitinfo.az  xəbər verir ki, bu barədə İcmadan bildirilib.

Ə.Ələkbərli bununla bağlı qeyd edib: “Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.4 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram”.

O, İcma üzvlərinin və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.

 

Rahilə İbrahimqızı