Biznes subyektlərini mediada reklam yerləşdirməyə təşviq etmək lazımdır.

Elitinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, əsas problemlərdən biri yazılı və ixtisaslaşmış medianın reklam gəlirlərinin kifayət qədər az olmasıdır. Deputatın sözlərinə görə, il ərzində reklam gəlirlərinin əhəmiyyətli hissəsi televiziya və radioların payına düşür. Gələcəkdə media sahələrinə reklam verən şirkətlərə vergi güzəştləri və ya hər hansı formada güzəştlər olunmalıdır.