Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib.

Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

Məlum olub ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə alınıb. Bu məsələ geniş ictimai rezonans və oliqarxa qarşı haqlı hiddət yaradıb.

mehkeme_1553846214

Şəhidin xanımı Nəcibə Axundova  açıqlama verərək bildirmişdi ki, “Şərurlu İsfəndiyar”a əlavə ödəniş etməkdən imtina etdiklərinə görə, evləri əllərindən alınıb: “Mən Şərurlu İsfəndiyardan əlavə mənzil və ya başqa heç nə istəmirəm. Tələbim yalnız haqqını ödədiyimiz mənzilimizdir. Onu da İsfəndiyar yalnız ikiqat pul ödədikdən sonra bizə verəcəyini deyir. Əvvəl bizdən 100 min, sonra 53 min manat istəmişdilər. Biz bu mənzilə 53 min manat ödəmişdik, 11 min manat isə borcumuz qalmışdı. Əlavə ödəniş verməyə razılaşmamışdıq. Bina təhvil veriləndən sonra 76 ailədən mənzillərin ikiqat qiymətini tələb etdi və razılaşanlara çıxarış verildi. Kim ki onun istədiyi məbləği vermədi, onların müqavilələrini yeniləmədi, saxta adlandıraraq məhkəmələrə verdi. Ali Məhkəmənin lehinə qərar çıxardığı vətəndaşlardakı müqavilələrlə onların müqaviləsi arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi? Biz Ali Məhkəmədə bu məsələni qaldırdıq. Kasasiya şikayətinə bir müraciəti də əlavə edərək bildirdik ki, eyni şirkət, eyni bina, eyni müqaviləsi olan vətəndaş məhkəməyə müraciət edib və məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə

Vətəndaş məhkəməni udub. İsfəndiyar vətəndaşı Apelyasiya Məhkəməsinə verib. Lakin yenə Ali Məhkəmə vətəndaşın hüquqlarını müdafiə edib və onun lehinə qərar çıxarıb. 

N.Axundova onu da əlavə edib ki, dünənki prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub:
“Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi.

Məhkəmə bizə söz vermək, fikrimizi dinləmək istəmirdi. Bu, adi qonşu mübahisəsi deyil, mal-mülk davası deyil. Bu, biznesmenin Azərbaycan torpaqları uğrunda canından keçmiş oğulun, şəhidin ailəsinə qarşı ədalətsizliyidir. Mən demirəm kimsə bizə əlavə üstünlük versin, mən öz haqqımızı tələb edirəm. Lakin məsələyə obyektiv yanaşılmırdı.”