“Bir çox kateqoriyadan olan insanların həyatının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edən addımlar atılıb”.Bunu YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Sabirabaddakı regional müşavirədə deyib.
“Minimum əməkhaqqının 30 faiz – 130 manatdan 180 manata qaldırılması 600 min nəfər vətəndaşın maaşında ciddi dəyişikliklər edib. Leqal maaş alan, eyni zamanda təsərrüfat fəaliyyəti ilə məşğul olanların minimum əməkhaqqının 38 faiz artmasını nəzərə alsaq, həyatı yaxşılaşan insanların sayı daha çoxdur”.