Azərbaycan Milli Xalça Muzeyində “Latviya tətbiqi sənəti və dizayn: başlanğıcdan müasir interpretasiyayadək” adlı mühazirə keçiriləcək.

Muzeydən Elitinfo.az-a bildirilib ki, “İki Yulius” sərgisi çərçivəsində təşkil olunacaq mühazirəni Latviya Milli İncəsənət Muzeyinin Latviya Tekstil Sənəti Kolleksiyasının kuratoru Ruta Rinka təqdim edəcək.

O, Latviya tətbiqi sənətinin baniləri hesab edilən Yulius Straume və Yulius Madernieksin zəngin yaradıcılığı barədə ətraflı məlumat verəcək.