“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən Elitinfo.az-a bildirilib ki, “Azəriqaz”ın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Siyəzən rayonunda görüşü təşkil olunacaq.

Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 28-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.