Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Körfəz Ərəb Dövlətləri Şurasının (KƏDŞ) mənzil-qərargahında təşkilatın baş katibi Nayif Fəlah Mübarək Əl-Nacraf ilə görüşüb. Görüşdə körfəzin ərəb dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Yerli mətbuat xəbər verir ki, tərəflər 2013-cü ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, körfəzin ərəb ölkələrinin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.

Nayif Fəlah Mübarək Əl-Nacraf vurğulayıb ki, KƏDŞ ilə Azərbaycanın əməkdaşlığının daha da genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.