Bayramlar ayı olan may ayıında bayram ab-havasına daha bir xoş ovqat da qatıldı.
28 may Dövlət Müstəqilliyi günü ölkəmizin hər yerində- həm bölgələrdə, həm də paytaxtda silsilə tədbirlərlə qeyd edildi.
May ayının 27-də Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd”in açılışındakı yaşadığımız heyrətamiz təəssüratın ardınca xalqımız daha bir möhtəşəm sevinc hissi yaşadı.
Mayın 28-də Azər5baycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda ilk dəfə keçirilən “TEXNOFEST” Azərbaycan Aerokosmik və texnologiya festivalı həm mükəmməl hazırlıq işlərinə görə, həm də texnoloji yenilikləri özündə təcəssüm etdirməsi baxımdan iki gardaş ölkə birliyinin yeni nümayişi oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham çıxışında qeyd etdi ki, yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan Xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur.Əfsuslar olsuyn ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz Müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvələlində Azərbaycanın Dövlət Müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.
Bu baxımdan Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” festivalı Türkiyə və Azərbaycanın elm, təhsil və texnologiya sahəsindəki qarşılıqlı əməkdaşlığın zirvəsi hesab edilə bilər. Bu fikir Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günümüzü səmimi-qəlbdən təbrik etməsi, İstiqlal və gələcək yolunda apardığımız şanlı mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad etməsi bir daha sübut etdi ki, biz bir millət iki dövlətik.
Nazim Bünyatov YAP Ağcabədi rayon təşkilatının əməkdaşı