Bəşər cəmiyyəti təşəkkül tapandan insan öz həyati təlabatını ödəmək üçün əvvəllər kortəbii sürətdə, sonralar isə elmə, biliyə sahib olduqca yeni enerji mənbələrindən istifadə etmişlər.

Təbiətin nemətlərindən necə gəldi istifadə etmək, qarşıya qoyulan məqsədə çatmaq üçün bəşər övladının təbiətə vurduğu ziyan, bunun nəticəsində isə atmosferin və suyun çirklənməsi, ətraf mühitə dəyən zərərin müqabilində təbii fəlakətlərin və kataklizlərin meydana  çıxması insanları bir daha düşünməyə sövq etdi. Beləliklə təbiətin, ətrafın mühitin, ekologiyanın qorunması kimi yeni konsepsiyalar meydana çıxdı.

Bu konsepsiyaların əsas mahiyyəti təbiətə daha az ziyan vurmaq, atmosferə və su hövzələrin ziyanlı, kimyəvi tullantıların atılmasının azaldılması,  bütün istehsal sahələrində qoruyucu vasitələrdən istifadə edilməsi, ən başlıcası isə  ekoloji cəhətdən ziyansız enerji mənbələrindən istifadə etməkdən ibarət idi. Nəticədə insanlar su, külək, dalğa, günəş, bioloji enerji mənbələrinə üz tutdular. Son illər elmi-texniki tərəqqi inkişaf etdikcə ekoloji cəhətdən təmiz bu enerji növlərindən istifadəyə üstünlük verilməyə başladı.

Ona görə  dünyanın inkişaf etmiş ölkələrində az enerji ilə daha çox iş görməyə, faydalı iş əmsalı yüksək olan  maşın və mexanizmlərə, təbiətə daha az ziyan vuran texnalogiyalara  üstünlük verilməyə başladı.

Bu nəzəriyyələr əsasında “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri meydana çıxdı.

İndi isə tarixi ekaloji ekskursiyadan reallığa qayıdaq.

30 il işğalda qalan torpaqlarımızda  ermənilər sözün əsl mənasında ekoloji terror törədiblər. Ermənilər işğal edilmiş ərazilərimizdə qeyri -qanuni qızıl, qiymətli metallar, mis, molibden,  filiz və digər faydalı qazıntıları talan etmiş, bu qiymətli xammalların əldə edilməsində bütün ekoloji tələblər kobudcasına pozulmuşdur.

Qacaran mis-molibden kombinatının kimyəvi tullantıları Oxcu çayı vasitəsilə Araz çayına axıdılmış, Zəngilan rayonunda ərazisinə görə dünyada ikinci olan təbii çinar meşəsi qırılıb daşınmış və yaxud yandırılmışdır. Müdafiə məqsədilə çox yerlərdə torpağın münbit  qatı –homusun strujturu  pozulmuş, minaların basdırılması üçün hər tərəf necə deyərlər dəlik-deşik edilmişdir.

Bu kimi ekoloji terror aktlarına aid siyahını daha da uzatmaq olar. Lakin mövzumuzun məqsədi bu deyil. Məqsədim Ermənilərin törətdikləri vəhşilik nəticəsində bədənimizdə qövr edən yaralara qoyulan məlhəm barədə söhbət açmaqdır.

Bu məlhəm elə Zəngilan rayonunun Ağalı kəndində açılışı olan Ağıllı” kəndi oldu.

Bu kəndin layihələndirilməsində kənd və şəhər salınması arxitekturası,  alternativ,  ekoloji cəhətdən zərərsiz enerji mənbələrindən istifadə edilməsi, az məsrəflə da çox məhsul əldə etmək, təbiətə vurulan zərəri minumuma endirmək, insanın normal həyatı üçün hər şeyin xırda detallara qədər hesablanması göz önündədir. Atalar misalı var: görünən kəndə bələdçi lazım deyil. İşğaldan azad edilmiş ərazilərə yeni həyat verilməsi cənab Prezident İlham Əliyev tərəfindən şəxsən nəzarət edilməsi belə bir önəmli layihənin- “Ağıllı” kəndin meydana gəlməsinə səbəb oldu.

Allah Möhtərəm Prezidentimizi, qəhrəman Azərbaycan xalqını qorusun. Şükürlər olsun ki, 30 il ərzində sinəmizə vurulan yaralar Ağalı kəndi kimi “dərmanlarla” sağalır.

Vaxt var idi  kimlərsə istirahətə, gəzməyə başqa ölkələrə üz tuturdular. İndi yəqin ki, tezliklə tərsinə olacaq, dünyanın inkişaf etmiş ölkələrindən, elə Avropanın özündən ekoloji cəhətdən təmiz, müasir və ekoturizm mərkəzi kimi Ağalı kəndinin və sayları sürətlə artacaq bu cür  “Ağıllı kənd” lərə üz tutacaqlar.

 

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı