İyunun 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Elitinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Sonra “Nur” Uşaq Xorunun ifasında (dirijor və bədii rəhbəri Mələk Vəlizadə) tamaşaçılara yeni və rəngarəng musiqi kompozisiyası təqdim olunub.

Qeyd edək ki, azyaşlı ziyarətçilərin iştirak etdiyi tədbirin məqsədi uşaqlara sevinc və təbəssüm bəxş etməkdir.