Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı ilə həyata keçirilən “İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialın öyrənilməsi və inkişafında ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində görüş keçirmişdir. Tədbir 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan ağdamlıların Böyük Qayıdış prosesinə ön hazırlığı məqsədi ilə təşkil edilib və davamlı iqtisadi fəaliyyətlərin, dayanıqlı məskunlaşmanın təşviqi əsas müzakirə mövzusu olub.
Tədibirdə Ağdam rayonundan məcburi köçkün düşən şəxslər, xüsusi ilə də əmək bazarına yenicə qatılmağa hazırlaşan gənclərlə yanaşı, aidiyyatı qurumların, o cümlədən, İqtisadiyyat Nazirliyinin regional idarəsinin təmsilçisi, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli şəxsləri iştirak edib.
Tədbiri salamlama və layihə haqqında ilkin məlumatlandırma nitqi ilə başlayan “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədri Rahilə Mehdiyeva layihənin əhəmiyyətini nəzərə alaraq onun maliyyələşdirilməsinə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi başda olmaqla bütün aidiyyatı təşkilatlar minnətdarlığını bildirdi. Birliyin sədri iştirakçıları təqdim etdikdən sonra sözü layihənin icrasına cəlb edilən ekspert Rəşad Həsənova verdi.
Geniş təqdimatla çıxış edən Rəşad Həsənov işğaldan azad edilən ərazilərin, o cümlədən Ağdam rayonun mövcud resursları, iqtisadi fəaliyyət imkanları, məşğulluq və sahibkarlıq fəaliyyətini dəstəkləyən faktorlar, hökumətin bu istiqamətdə atdığı addımlar və planlaşdırılan dəstək mexanizmləri, potensial inkişaf istiqamətləri, rayon iqtisadiyyatının sosial-iqtisadi reinteqrasiyası prosesinin mümkün senarilər, biznes infrastrukturu və sahibkarlıq mühiti haqqında araşdırma nəticələrini maarifləndirmə məqsədi ilə iştirakçıların diqqətinə çatdırmışdır. Ekspertin fikrinə görə baxmayaraq ki, Ağdam işğaldan əvvəl belə Azərbaycanın ən inkişaf etmiş regionlarından biri idi və burada iqtisadi fəaliyyətlər digər bölgələrlə müqayisədə daha geniş inkişaf etmişdi, yenidən bərpa olunan Ağdam iqtisadiyyatı, məcburi köçkün düşən ağdamlıların yeni təcrübələri ilə daha çoxşaxəli və olacaqdır.
Daha sonra isə tədbir müzakirə və sorğu-sual formatında davam etdirildi. Ağdam sakinlərin öz doğma yurdlarına qayıtma sevincini bölüşməklə yanaşı, onları maraqlandran sualları və fikirləri də aidiyyatı tərəflərin diqqətinə çatdırdılar. Yusifcanlı kənd icra hakiminin müavini Abbas Abbasov söz alaraq işğaldan azad olunan ərazilərlə əlaqdar yerli əhalinin əsas narahatlığının təsərrüfat fəaliyyəti üçün nəzərdə tutulan torpaqların necə bölüşdürüləcəyi məsələsi olduğunu bildirdi. Onun fikrincə  torpaq islahatları zamanı ailə təsərüfatlarının fərdi qərarlar verə bilməsinin vacibliyi nəzərə alınmalıdır. Əks halda sonradan həmin ərazilərdən istifadə, məhsulun paylaşılması, onun özgəninkiləşdirilməsi kimi məqamlarla əlaqədar problemlər yaranacağını bildirdi.
Tədbirdə iştirak edən Ağdam Dövlət Aqrar İnkişaf Mərəzinin direktoru Ramal Məmmədov kənd təsərrüfatının Qarabağ iqtisadiyyatında, məşğulluqda və ərzaq təhlükəsizliyindən əhəmiyyəti, həmçinin DAİM-in bu istiqamətdə gördüyü işlər haqqında tədbir iştirakçılarının məlumatlandırdı.
Sonda isə tədbiri təşkil edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva iştirakçılara ümumiləşdirici məlumatları və minnətdarlığını bildirdikdən sorna müzakirələrin cay-köfü süfrəsi əsasında aparılamsını təklif etdi.