“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsinin icra planına uyğun olaraq 15.03.2022 –17.03 2022- ci il tarixlərində Şəmkir rayonunda İnsan alveri ilə mübarizə sahəsində insanların məlumatlılığını öyrənmək məqsədilə  sorğu keçirmişdir. Təşkilat eyni zamanda sorğunun həyata keçirilməsində xüsusi fəallıq göstərən Şəmkir  rayon Gənclər və İdman İdarəsinin könüllüləri ilə birlikdə  potensial qurbanların rayon ərazisində  ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında İnsan alveri ilə mübarizəyə dair dövlət qurumları və QHT-lər tərəfindən çap olunmuş faydalı nəşrləri və təşkilat tərəfindən hazırlanmış 2022-cil il istehsalat təqvimlərinin paylanılması həyata keçirmişdir.