Ölkəmizdə müasir standart və tələblər səviyyəsində, ən mürəkkəb layihələndirmələr də daxili yol  infrastrukturunun inkişafı ilə əlaqədar bütün işləri kompleks şəkildə həyata keçirməyə imkan verən poetensial, müvafiq bilik və təcrübə, kadr heyəti formalaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinun geniş miqyaslı işləri məhz bu potensialı əks etdirir.

Dünya tarixinə ən güclü imperiya kimi düşmüş,  min illik tarixə malik  Qədrim Roma imperiyasının qüdrətinin rəmzlərindən biri  onun dövrümüzə qədər gəlb çatan və hələ də istifadə olunan yolları göstərlirdi.  Hələ iki min il əvvəl  yol  infrastruktrunun yaradılması  dünyanın inkişaf etmiş ən qüdrətli dövlətinin, imperiyasının əsas strateji vəzifələrindən biri kimi qarşıya qoyulmuşdu. Müasir çağımızada yanaşma dəyişməyib, yol-nəqliyyat infrastrukturu ölkələrin inkişaf göstəricilərindən biri nəzərdən keçirilir. Azərbaycan bu baxımdan  yol-nəqliyyat infrastrukturunun inkişafı  ilə fərqlənir.

Azərbaycan yol infrastukturunda dünya liderləri sırasında yer alır

Nüfuzlu  Davos İqtisadi Forumunun açıqladığı 2019-cu il üzrə “Qlobal Rəqabətlilik Hesabatı”nda nəqliyyatın ayrı-ayrı sahələri üzrə “ölkəmiz ön yerlərdə qərarlaşıb. Bu, nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı, həmçinin sözügedən istiqamətdə xarici və yerli investisiyalardan səmərəli istifadə edilməsi, əməkdaşlığa mühüm önəm verilməsi ilə mümkün olub. “Yol olmayan yerdə inkişaf da yoxdur”, – deyən Prezident İlham Əliyev infrastruktur sahələrində, o cümlədən, yol təsərrüfatında aparılan quruculuq işlərini ölkəmizin və onun regionlarının inkişafının ən başlıca amili kimi qiymətləndirir. Bu istiqamətdə görülən işlərə dövlət başçısı şəxsən nəzarət edir, bütün açılışlarda özü iştirak edir və hər dəfə nəqliyyat və yol infrastrukturunun inkişafı strategiyasının icrası ilə bağlı öz tapşırıqlarını verir. Bu da təsüdüfi deyil, əsrlərdən bəridi ki, Asiya arasında körpü olan “Şərqin qapısı” Azərbaycan kontinental əhəmiyyətə malik nəqliyyat qovuşağı kimi strateji əhəmiyyətə malikdir. Əsrlər boyu Uzaq Asiyadan, Çindən, Hindistandan gələn, Qara və Aralıq dənizlərinə çıxan “Böyük İpək Yolu” Azərbaycan şəhərlərinin inkişafında mühüm rol oynayırdı. Qədim ticarət yollarının üzərində Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan kimi şəhərlər, Şəki, Şəmkir, Naxçıvan, Kaburqala və Torpaqqala kimi böyük ticarət mərkəzləri yerləşirdi. Müasir avtomobil yolları da qədim ticarət yolların üstündən keçir. Bakı-Salyan, Bakı-Quba, Bakı-Şamaxı və Bərdə-Gəncə avtomobil yolları qismən həmin qədim yolları təkrarlayır. Məhz bu tarixi ənənələrə, strateji zərurətə əsaslanaraq avtomobil yolu sektorununhərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu strategiya Azərbaycanın inkişafına, onun daha da güclənməsinə xidmət edir.

Bütün yollar Qarabağa aparır

Azərbaycanın tarixi  zəfər qazandığı işğalçı Ermənistanın kapitulyasiyası ilə başa çatan Vətən Müharibəsindən sonra regionda kommunikkasiyaların açılması, işğaldan azad olunmuş ərazilərimizin tərəqqisinə, böyük qayıdışa nail olmaq üçünyol infrastrukturunun əhəmiyyətini bir daha diqqət mərkəzinə gətirdi. Bu istiqamətdə də dövlət başçısının strateji yanaşması özünü göstərir. Artıq  Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur, digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı – Kəlbəcər yoludu. Prezident də qeyd etdi ki, bu da çox çətin relyefdən keçən bir yoldur: “Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə, biz iki tərəfdən, – həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq.”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlət başçısı tərəfindən qarşıya qoyulan bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edir və artıq əhəmiyyətli naliyyətlər qeyd oluna bilir.  Artıq Şuşa şəhərinədək 101.5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yol boyu bu hissədə 2 hərəkət zolağı enində torpaq genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.​ Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84.6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından  ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Beynəlxalq tərəfdaşalr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətini yüksək dəyərləndirirlər

 Yuxarıda qeyd edilən, Davos İqtisadi Forumunun açıqladığı 2019-cu il üzrə “Qlobal Rəqabətlilik Hesabatı”ndakı göstəricilər, digər faktlar deməyə əsas verir ki, ölkəmizdə müasir standart və tələblər səviyyəsində, ən mürəkəb layihələndirmələr də daxil yol  infrastrukturunun inkişafı ilə əlaqədar bütün işləri kompleks şəkildə həyata keçirməyə imkan verən poetensial, müvafiq bilik və təcrübə, kadr heyəti formalaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinun geniş miqyaslı işləri məhz bu potensialı əks etdirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17529 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i respublika əhəmiyyətli, 13158 km-i isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalmışdı. Agentliyin balansında 1299 ədəd körpü var. 160 körpü işqal olunmuş ərazilərdə yerləşirdi. Bu Cənubi Qafqazda ən geniş yol-nəqliyyat təsərrüfatıdır.  Agentliyin müasir standartlar səviyyəsinə işləməsini onun beynəlxalq tərəfdaşları da təsdiq edirlər, Dünya Bankı ilə hazırda icra olunan Magistral yol – III üzrə Əlavə maliyyələşdirmə layihəsinin icrasını yüksək qiymətləndirib. Layihə ilə DB-nin məlumat xülasəsində qeyd edilir ki, avvtomobil yolları Azərbaycanda yük daşımalarının 60 faizini və sərnişin daşımalarının 90 faizini təşkil etməklə əsas nəqliyyat növüdür. Bu əlavə maliyyələşdirmə Azərbaycanın regional bazarlarla bağlantısına yardım etmiş və iqtisadi şaxələndirmə gündəliyinə töhfə vermiş Dünya Bankının ölkənin yol sektorunda uğurlu təcrübəsinə əsaslanır.

Yeni mərhələ, yeni yeni keyfiyyət və xidmət standartlarının tətbiqi

2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmətin səmərəli təşkilinə, yeni keyfiyyət və xidmət standartlarının tətbiqinə imkan verdi. Yol, körpü tikintisində keyfiyyətin yüksəldilməsi, layihə işlərinin yaxşılaşdırılması, tikinti işlərinin yüksək sürətlə başa çatdırılmasına dair qoyulan tapşırıqlar uğurla icra olunur.  Agentlik “Caspian Energy Award” mükafatına layiq görülüb. Azərbaycanla Dünya Bankı arasında inkişafa dair əməkdaşlığın 25 illiyi münasibətilə ölkədə yol şəbəkəsinin və infrastrukturunun yüksək inkişafı üzrə göstərilən töhfələrə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Magistral Yol Proqramı sertifikatı” ilə təltif edilib. Azərbaycan 2017-ci ildə MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. Dünya İqtisadi Forumunun apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 137 ölkəsi arasında 36-cı yerdə qərarlaşıb. Görünən budur ki, Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi, İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısının etimadını doğruldur və qurum özü yeni çağırışlara uyğunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təklif və iradala, nöqsanların aşkarlanmasına, tənqidlərə diqqətlə yanaşmağı bacarır. Yol-nəqliyat infrastrukturu mürəkkəb quruluşa malik, hər birimizin günədlik istifadə etdiyi, çoxfunksiyları bir sistemdir. Bu sistemin ahəngdar işi Avtomobil Yolları Dövlət Agentliyinin gərgin işi ilə tənzimələnir. Belə mürrəkkəb sistemlərin fəaliyyətində çatışmazlıqlar olması da təbiidir. Amma vacib məsələ budur ki, bu məsələlərə çevik reaksiya verilir, əvvəlki təcrübədən qalan neqativ meyillərin qarşısı alınır. İdarətmədə müasir yanaşma  tətbiq olunur. Bu yanaşmanın əsas məqamlarından biri vətəndaş məmnunluğuna nail olmaq və vətəndaşların rəy  və təkliflərinin nəzərə alınmasıdır. Bununla yanaşı qeyri-peşəkar,  qərəz və şəxsi maraqlardan qaynaqlanan tənqidlər də yox deyildir. Zaman-zaman bu səbəblərdən Avtomobil Yolları Dövlət Agentliyi, onun rəhbərliyi ilə bağlı qərəzlə guya tənqidi məlumatların  KİV-də, sosial şəbəkələrdə dərc olunmasının şahidi oluruq. Bu cür məlumatların təhlili göstərir ki, onların Agentliyin fəaliyyət sahələri ilə bağlı ciddi bir təhlil yoxdu, son illər ərzində görülən bu qədər miqyaslı işin analizi yoxdur, peşəkarların rəyi yoxdur. Konkret epizodlar qəsədn şişirdilir və bütün Agentliyin fəaliyyətinə kölgə salamağa cəhdlər edilir. Agentliyin bu cür tənqidlərə də dözümlü yanaşması təqdirəlayiqdir və peşəkarlıqdan xəbər verir.

 

Rahilə İbrahimqızı