2021-ci ilin birinci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2 milyard 85,73 milyon manat təşkil edib. Proqnoza 121,1 faiz əməl edilib.

Elitinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.