Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018- ci illərdə sosial – iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqindən.

“Meliorativ tədbirlərin görülməsi prosesi davam etdiriləcək. Son iki il ərzində biz hər il 100 min hektar torpaga suyun verilməsini təmin etmişik. Bunların böyük hissəsi o torpaqlardır ki, heç vaxt suvarılmayıb, bir hissəsində suvarma olub, amma lazımi səviyyədə olmayıb. İlkin hesablamalara görə, bu il 80 min hektarda bu işlər aparılacaq. Bu, bizə imkan verəcək ki, məhsuldarlıgı və suvarılan torpaqların həcmini artıraq. Bu, çox böyük rəqəmdir və fermerlər əminəm ki, bunu hiss edirlər”.

 

Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.

Ümummilli lider Heydər Əliyevin respubllikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.

Sevindirici haldır ki, meliorasiya və su təsərrüfatına olan qayğı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Onun ölkəyə rəhbərlik etdiyi müddət ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Ölkəmizdə köklü iqtisadi islahatlar, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmilli infrastruktur layihələrimiz

Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir. Hazırda meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq, qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunluğunda suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 km –dən artıq muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir- bərpa edilmişdir.

«Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

15 noyabr 2014-cü ildə Möhtərəm Prezident İlham Əliyev cənablarının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır.

Keçmiş Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kbm olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənabları 26 meliorasiya və su təsərrüfatı obyektlərinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun sahəyə olan diqqət və qayğısının təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.  Azərbaycan Respublikası Prezidentinin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq Sərəncamlarının icrası olaraq Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin 11648 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 11,52 km uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, 31 km uzunluğunda dəmir-beton üzlüklü magistral və paylayıcı kanalların qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil kanalının davamı olaraq onun 6,0 km-lik hissəsi qurğularla birlikdə tikilmişdir.

Eyni zamanda Sabirabad rayonunun 14319 ha və Biləsuvar rayonunun 1631 ha qış otlaq sahəsinə Kür çayından suvarma suyunun çatdırılması üçün 15 km uzunluğunda dəmir-beton üzlüklü magistral kanalın, 9,74 km uzunluğunda basqılı boru kəmərinin, 14 km uzunluğunda açıq kollektorların və 3277 pm monolit dəmir-beton üzlüklü sutullayıcı kanalın tikintisi işləri yerinə yetirlmişdir. Eləcə də Hacıqabul rayonunun Qarasu kəndinin 2720 ha yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Qarasu magistral kanalının 2,6 km uzunluğunda olan hissəsinin və 26,5 km uzunluğunda paylayıcı kanalların tikintisi tamamlanmışdır. Qazax rayonunun Qaymaqlı kəndinin 500 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üzrə müvafiq tədbirlər başa çatdırılmışdır.

Araz çayının 54,2 km uzunluğunda yeni qol-kanalının beton üzlüyə alınması işləri tamamlanmış və əlavə olaraq 13145 ha (Saatlı-2500 ha, İmişli -9645 ha və Biləsuvar – 1000 ha) olmaqla, ümumilikdə 53 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılmışdır. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilmişdir. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 km uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmışdır.

Neftçala rayonu ərazisində uzunluğu 24,9 km olan Neftçala magistral kanalının son 11,4 km hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin başa çatdırılması ilə 12433 ha sahənin su təminatı yaxşılaşdırılmış və bununla da layihə üzrə 20205 hektar (ondan 6805 hektar yeni suvarılan) sahəyə suvarma suyunun çatdırılması təmin edilmişdir.

2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin açılış mərasimi keçirilmişdir. Kanalın son 14 km-nin 5,5 km-lik hissəsinin tikintisi ilə 11788 ha (ondan 1570 hektar yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Samux və Goranboy rayonları ərazilərində 4695 hektar sahədə yaradılmış və Şəmkir-Samux-Goranboy magistral kanalından suvarma suyu ilə təmin edilərək yeni işə düşmüş Aqroparkla tanış olmuşdur. Şabran rayonu ərazisində 1553 hektar sahədə yaradılmış Aqropark suvarma suyu ilə təmin edilmiş və onun ərazisində meliorativ tədbirlər aparılmışdır.

Qax rayonunda yaradılan Aqroparka məxsus 1553 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikinti işləri başa çatdırılmış və 2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə «Ulu Aqro» MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilmişdir.

Şəki-Oğuz rayonları ərazisində 12300 hektar sahədə yaradılması nəzərdə tutulmuş Aqroparkda salınacaq qoz və badam ağaclarının Türyançay çayından suvarma suyu ilə təmin edilməsi məqsədi ilə nasos stansiyasının, təzyiqli boru kəmərinin və sututumu 700 min kubmetr olan su anbarının tikintisi işləri davam etdirilmişdir.

Eyni zamanda Xəzər rayonunun Qoşaqışlaq kəndi ərazisində 758 hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 7 km uzunluğunda təzyiqli boru kəmərinin və 50 min kubmetrlik basqılı hovuzun beton işləri tamamlanmışdır. Xəzər və Pirallahı rayonlarında yerləşən 1227 ha torpaq sahələrinə Abşeron Magistral kanalından, Xızı rayonu ərazisində yerləşən 380 hektar torpaq sahəsinə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi üçün müvafiq tədbirlər başa çatdırılmışdır. Abşeron magistral kanalının 14,8 km-ə yaxın hissəsinin yenidənqurulması işləri davam etdirilmişdir. Obyekt tərkibində Mehdiabad və Novxanı qəsəbələrinin 590 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə layihə sənədləri hazırlanmışdır. Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilmişdir. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə- smeta sənədləri hazırlanmış və hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır. Kanalın yenidənqurulmasında əsas məqsəd 1958-ci ildə istifadəyə verilmiş və uzun müddət fasiləsiz olaraq istismar olunmuş kanaldan baş verən sızma itkilərinin azaldılması,suvarma suyundan daha səmərəli istifadə olunması, gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni bir magistral kanalın yaradılmasıdır. Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km, suburaxma qabiliyyəti 180 m3/ san olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcəkdir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) olmaqla ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanmış və obyekt istismara verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd, 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 35 ədəd subartezian quyusunun qazılması işləri tamamlanmışdır.

Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə məqsədi ilə Samur-Abşeron və Xanarx kanallarının Qudyalçay, Qusarçay, Vəlvələçay çayları ilə kəsişmələrindəki qurğularda və Vəlvələçay çayından sugötürücü qurğuda yaranmış qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə tikinti işləri başa çatdırılmışdır. Eyni zamanda respublikanın Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 pm mühafizə divarlarının tikintisi işləri aparılmışdır.

Dünya Bankının krediti ilə həyata keçirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə» çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi iºləri davam etdirilmiºdir. Lerik rayonunda işlər yekunlaşdırılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2018-ci il tarixində şəhərin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak etmişdir.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsinə daxil olan «Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi» layihəsi üzrə Şabran rayonunda 4762 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 7172

hektar sahədə su təminatının yaxşılaşdırılması üçün suvarma və kollektor drenaj şəbəkəsinin tikintisi işləri aparılmışdır.Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi obyekti üzrə Quba rayonu ərazisində Qaraçay çayında su götürücü qurğunun və nəqedici kanalın tikintisi tamamlamış, Samur- Abşeron kanalına əlavə suyun verilməsi ilə yanaşı, Quba rayonunda 6000 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olmuşdur.

2017-2018-ci ilərldə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 195261 hektar (ondan 111574 hektar yeni suvarılan) sahədə torpaqlara suvarma suyu çatdırılmış və 25526 hektar sahədə torpaqların mrliorativ vəziyyəti yaxşılaşdırılmışdır.

Ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyiniz tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də fəaliyyətini uğurla davam etdirmişdir.

Taxtakörpü su anbarı zonasında meliorativ tədbirlərin davamı olaraq 9 km uzunluğunda boru xəttinin tikintisi ilə Şabran rayonununda yerləşən Şabran Aqroparka məxsus 1738 hektar torpaq sahəsinin Taxtakörpü su anbarından əlavə su mənbəyi yaratmaqla su təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda Qaraçay çayında sugötürücü qurğunun və uzunluğu 16 km-dən artıq olan nəqledici kanalın tikintisi tamamlanması ilə Samur-Abşeron kanalına əlavə su verməklə yanaşı, Quba rayonunun 6 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılması mümkün olmuşdur. Xaçmaz rayonunda yaradılmış Yalama Aqrapaka məxsus torpaq sahələrinin daha 956 hektar yeni suvarılacaq torpaq sahələri hesabına genişləndirilməsi üçün 10 min metr suvarma kanalı və sututumu 50 min kbm olan 2 ədəd su hovuzu tikilmişdir. Taxtakörpü su anbarından cari ilin 10 ayı ərzində 332 milyon kbm su verilmişdir.

Şəmkirçay su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin (ümumi uzunluğu 27,9 km) son 8,5 km-lik hissəsinin tikintisi işlərinin başa çatdırılması ilə Goranboy rayonunun daha 11682 hektar torpaq sahəsinə suvarma suyu çatdırılmışdır. Magistral kanalın uzunluğu 21 km-dən çox olan 3-cü növbəsinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatdırılmış və onun tikintisi ilə Goranboy rayonunun 23,0 min ha (ondan 10 min ha yeni suvarılacaq torpaqlardır) torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olacaqdır. Keçən əsrin 80-ci illərində inşası yarımçıq qalmış Kür çayı üzərində nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması işləri davam etdirilmişdir. Şəmkirçay su anbarından cari ilin 10 ayı ərzində 198 milyon kbm su verilmişdir.

Cari ildə respublikanın 11 rayonunda sahəsi 20 min hektara yaxın olan ərazidə yaradılmış 10 Aqroparkdan sahəsi 4150 hektar olan 4 ədədi Ağcabədi, Goranboy, Füzuli və Yevlax pambıqçılıq rayonlarının ərazisində yerləşir. Ağcabədi və Goranboy rayonları ərazisində yaradılmış Aqroparklara məxsus 1250 hektar sahədə yeni suvarılan torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri cari ilin sonuna qədər başa çatdırılacaqdır.

Sabirabad, İmişli, Biləsuvar və Saatlı rayonlarında yaradılmış iri təsərrüfatların ərazilərində yeni suvarılan torpaqların suvarma suyu ilə təmin edilməsi və meliorativ tədbirlərin aparılması işləri davam etdirilmiş, Salyan rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması işçi layihəsi hazırlanmışdır. Araz çayının uzunluğu 54 km olan Yeni qolundan suyun suvarma sahələrinə çatdırılması və paylanması məqsədilə paylayıcı kanalların (daxili suvarma şəbəkəsiz) tikintisi cari ildə də davam etdirilmişdir. 1-ci mərhələdə Yeni qolun sağ sahilində yerləşən 17 min hektar sahədə suvarma suyunun paylanması üçün 78 km torpaq məcralı kanalların tikintisi tamamlanmış və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işlərinə başlanılmışdır. Eyni zamanda Yeni qolun sol sahilində yerləşən 14 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun paylanması üçün 37 km beton üzlüklü kanalların tikintisi işlərii başa çatdırılmışdır. Bununla da Aqroparkalr və iri təsərrüfatlar yaradılmış 31 min hektar torpaq sahələrinə Araz çayının Yeni qol kanalından suvarma suyunun paylanması təmin edilmişdir

Sizin tapşırığınıza əsasən, “Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrində meliorativ tətbirlərin layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.

Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədiıə keçmiş SSRİ dövründə kolxoz və sovxozlar tərəfindən qeyri-mühəndisi yaradılmış 37 ədəd kiçik sututarında zəruri təmir-bərpa işlərinin davam etdirilərək 13 ədədində bu işlər davam etdirilmişdir.

Respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 8362 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun 300 ədəd, eləcə də Goranboy və Ağcabədi rayonlarının 23 yaşayış məntəqəsində 24 ədəd olmaqla, cəmi 324 ədəd subartezian quyusunun (onlardan 160 ədədinin pambıqçılıq rayonlarının ərazilərində qazılması nəzərdə tutulmuşdur) qazılması təmin ediləcəkdir. Hazırda subartezian quyularının 289 ədədində, o cümlədən pambıqçılıq rayonlarında olan 125 ədədində qazma işləri başa çatdırılmışdır.

Pambıqçılıq rayonlarında 49 min hektara yaxın ərazidə torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.

Erməni işğalından azad edilmiş və 2018-ci ildə 400 əkin sahələri suvarma suyu ilə təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin cari ildə 17 hektar həyətyanı sahələrinə suvarma suyunun verilməsi üçün 4880 pm magistral və paylayıcı boru kəmərlərinin tikintisi tamamlanmışdır.

Respublikanın İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Qax, Zaqatala, Astara, Lənkəran və Gədəbəy rayonlarının ərazisindən keçən təhlükəli çaylarda 2126 pm uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmiş, Göyçay çayında 2120 pm məcradəyişmə və Yuxarı Şirvan kanalının Türyançayla kəsişmələrində dükerdə yaranmış qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə tikinti-quraşdırma işləri aparılmışdır.

Dünya Bankının krediti və Azərbaycan Respublikası Hökumətinin pay iştirakı ilə həyata keçirilən layihə üzrə cari ildə respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Macallı, Cəlilabad, Lerik və Yardımlı) su təchizatı və kanalizasiaya şəbəkələrinin, içməli və çirkab təmizləyici qurğuların tikintisi başa çatdırılmış və onların “Azərsu” ASC-nin istismarına verilməsi yekunlaşmaq üzrədir.

Cari ildə respublika üzrə 1400,0 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 8124 milyon kubmetr su götürülmüş, su ayrıclarından 5798 milyon kubmetr su verilmiş və bitkilər 3,3 dəfə suvarma suyu ilə təmin edilmişdir.

Bunun üçün suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 50 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 4200 hidrotexniki qurğu, 4000 subartezian quyusu, 223 nasos və mühərrik təmir edilmişdir.

Bununla yanaşı, çay məcralarında 14 milyon kubmetr həcmində məcratəmizləmə, 7,5 min kbm həcmində şax-daş, faşın və qabion bəndlərin quraşdırılması, torpaq mühafizə bəndlərində 4500 min kubmetr həcmində möhkəmləndirilmə, 2000 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə və daş-beton bəndlərdə 23 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir.

2020-ci ildə Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcəkdir.

Şəmkir su anbarı zonasınada Şəmkir-Samux-Goranboy magistral kanalının Kür çayı üzərində ki 1-ci və 2-ci pillə nasos stansiyalarının hər birində nəzərdə tutulan 3 nasos aqreqatının quraşdırılması, Şəmkir-Samux-Goranboy magistral kanalının 3-cü növbəsinin, eyni zamanda tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin və Şəmkirçay su anbarının layihə zonalarında paylayıcı kanalların tikintiləri, Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi, ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayan Aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri 2020-ci ildə də davam etdiriləcəkdir.

Biləsuvar rayonunda “Azərsun”a məxsus torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması və Qobustan Aqroparkına məxsus torpaq sahəsinə Qozluçay çayından suvarma suyunun verilməsi və sututumu 50 min kbm olan sututarın yaradılması, Ağsatafa, Saatlı, Biləsuvar və Qusar rayonlarında torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə başlanılacaqdır. Respublikanın şəhər və rayonlarının əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün 400 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur.

Respublikanın yaşayış məntəqələrinin, əkin sahələrinin və infrasruktur obyektlərini sel və daşqın sularının zərərli təsirindən mühafizəsi və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Kür-Araz və dağ çaylarında sel və daşqın sularının zərərli təsirlərinin qarşısının alınması məqsədi ilə sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulur

Möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət Proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazqnmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, Cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir- bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.

Əhməd Əhmədzadə

Azərbaycan Meliorasiya və Su

Təsərrüfatı ASC-nin Sədri