Elitinfo.az\ Azərbaycan Respublikası Gənclər Fondunun və “Gənclərin Həmrəyliyi”ictimai birliyinin birgə təşkilatçılığı ilə 27 mart 2023-cü ildə Qazax şəhəri Heydər Əliyev Mərkəzində 80 gəncin iştirakı ilə “Müasir Sahibkarlıqda Gənclərin Rolu”adlı bir günlük forum baş tutmuşdur .
Layihənin məqsədi region gənclərinə yeni əmək bazarının tələblərinə uyğunlaşmaqda dəstək olmaq,özünəməşğulluq proqramında aktivliyini təmin etməkdir.
Region gənclərinə müasir sahibkarlığın fərqli istiqamətləri haqqında geniş məlumat vermək və qloballaşan dünyada sosial sahibkar olmağın faydalarını çatdırmaqdır.
Forumda əldə etdikləri bilgilərdən bir başa 80 gənc,dolayısı ilə 250-dən çox gənc faydalanacaqdır.Forumda peşə təhsili,mövcud imkanlardan faydalı istifadə,sahibkar moderatorun uğur hekayəsi gənclərə stimul verəcəkdir.Təşkilat gələcək layihələrində sahibkarlığa maraq göstərən digər bölgələrdədə forum keçirməyi planlaşdırır.