Avropa İttifaqı (Aİ) güclü zəlzələdən sonra Türkiyə və Suriyaya yardım göstərməyə hazırdır.

Elitinfo.azxəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
“Bu səhər Türkiyə və Suriyanı sarsıdan dağıdıcı zəlzələ yüzlərlə insanın həyatına son qoydu. Ağlımız Türkiyə və Suriya xalqının yanındadır. Avropa İttifaqı kömək etməyə hazırdır”, – Borrell tvitter hesabında yazıb.

Fevralın 6-da gecə saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumata görə, hadisə nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.