Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 21-də Kürdəmir rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildirilib ki, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.