Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklar haqqında” Qanunun 34.2.12-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 22.0.17-ci maddəsinə əsasən “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nı təsdiq edib.

Elitinfo.az-in məlumatına görə, müvafiq qərarı AMB-nin rəhbəri Taleh Kazımov imzalayıb.

Qərara uyğun olaraq, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 16 noyabr tarixli nömrəli Qərarı ləğv edilir.