Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə ev oyununa bilet satışı davam edir.

Elitinfo.az xəbər verir ki, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə 25 min bilet satılıb.

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.