Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin […]
Continue readingQida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət etdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə müraciət edib. AQTA-dan Elitinfo.az-a verilən məlumata görə, qurum koronavirusdan qorunmaq üçün alış-veriş edərkən bəzi məqamlara diqqətli etməyi tövsiyə edib: – Termiki emal olunmadan və təmizlənmədən istifadə edilən qablaşdırılmamış məhsulların vitrində açıq şəkildə satışı yolverilməzdir. – Çörək – Unlu-qənnadı məmulatları – Quru meyvələr – Digər qablaşdırılmamış qida məhsulları – Bu […]
Continue readingİmkansız ailələrə dezinfeksiyaedici dərman vasitələri paylanıldı
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı vətəndaşları bilgiləndirir. Elitinfo.az xəbər verir ki, bu gün YAP Nəsimi rayon təşkilatının dəstəyi ilə partiyanın gənc fəallarının iştirakı ilə rayon ərazisində yaşayan yüzə yaxın şəhid və imkansız ailələrə dezinfeksiyaedici-yuyucu dərman və bəzi tibbi gigiyenik ləvazimat və koronavirusa qarşı profilaktika qaydaları paylanıb. Bu barədə yayılan məlumatda bildirir ki, ölkəmizdə möhtərəm […]
Continue readingKoronavirusla bağlı xarici ölkələrdə təhsil alan gənclərimizin sağlamlığına nəzarətlə bağlı tədbirlər görülür
Azərbaycan Respublikasının Gənclər Fondu koronavirusun geniş yayıldığı ölkələrdə gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir. Bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən […]
Continue readingKoronavirus vaksininin sınaqlarına başlanılıb
ABŞ Müdafiə Nazirliyi bəzi təlimləri təxirə salmaqla yanaşı, koronavirusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərə başlayıb. “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, vaksinin tapılması istiqamətində araşdırmalar davam etdirilir. ABŞ Quru Qoşunları Komandanlığının Tibbi elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (ETTKİ) komandiri Maykl Telli vaksin üzərində işlərə başladıqlarını elan edib. O, potensial vaksinlərin ən qısa müddətdə insanlar […]
Continue readingMeliorasiya və Su Təsərrüfatı ASC-də Xocalı faciəsinə həsr olunan anım mərasimi keçirilib
. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, əvvəlcə soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla […]
Continue reading“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilib
Fevralın 16-da “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin Ümumi biliklər üzrə ilk imtahanı keçirilib. elitinf.az trend-ə istinadən məlumat verir ki, imtahanda 7701 şəxs iştirak edib. Onlardan 46 faizi Bakı şəhəri, 56 faizi regionların payına düşür. İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunub. İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 […]
Continue readingAzTV-də kollektivlə toplantı keçirilib
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kollektivlə toplantı keçirilib. AzTv-dən verilən məlumata görə, toplantıda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) rəsmisi Cəmilə Səttarova da iştirak edib. Əvvəlcə QSC sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasının fevralın 14-də tamam olacaq 64 yaşı münasibətilə bütün kollektivi, xüsusən də veteran əməkdaşları təbrik edib, onlara milli televiziyanın formalaşması yolunda göstərdikləri fəaliyyətə […]
Continue reading“Seçkilərdə qələbəmizə əminəm”
Növbədənkənar parlament seçkilərinə 77 saylı Astara seçki dairəsindən namizəd Rəşad Mahmudov Astara şəhərinin seçiciləri ilə görüşdən sonra Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə görüşüb. Elitinfo.az xəbər verir ki, deputatlığa namizəd seçiciləri ilə görüşdən aldığı təəssüratları və müsbət enerjini YAP rayon təşkilatının iqamətgahında Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə bölüşüb. O, özünün “Facebook” hesabında bu barədə yazıb: “Müharibə […]
Continue readingRəşad Mahmudov Astarada seçicilərlə növbəti izdihamlı görüş keçirdi
77 saylı Astara seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizəd, Azərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovun təşviqat dövründə seçiciləri ilə keçirdiyi çoxsaylı səmimi görüşlərdə duyulan ab-hava, doğma münasibət bunu deməyə əsas verir ki, xalq fevralın 9-da keçiriləcək seçkilərdə yenə də ona səs verərək, millət vəkili seçəcək. Rəşad Mahmudov özü bu barədə […]
Continue reading











