Elitinfo.az\.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin sosial sifarişi əsasında “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakı şəhəri üzrə icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihəsini həyata keçirir. Birliyin verdiyi məlumata görə layihə çərçivəsində əvvəlcə Bakı şərəri Xətai rayonu ərazisində yaşayan sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə görüşlər keçirilir. Onların vəziyyətləri ilə yaxından maraqlanaraqq mərkəzə qeydə alınaraq, onların həm sağlamlıqları həm də eytiyacları haqqında qeydlər aparılır. Bu görüşlər zamanı bəzi hallarda valideynlərin həmin uşaqların özyaşıdları ilə ünsiyyətlərinə mane olmağa çalışdıqlarının şahidi oluruq. Bu isə həmin uşaqlarda özünəqapanma hissləri yaradır. Layihə əsasında mərkəzdə qeyd edilən sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya, psixoloji və digər sahədə xidmətlər göstərilir, onları cəmiyyətə inteqrasiya sahəsində maarifləndirmək, valideynlərin də bu prosesdə daha yaxından iştirak etmələrinə şərait yaradılmasına dəstək olunur. Bəzən bir ailədə bir neçə uşağın vəziyyətlərinin bu kumi həssas qrupda ulduğu üçün valideynlər dövlət tərəfindən çox qayğı və köməklik göstərildiyini qeyd edirlər. Birliyin işçi heyəti sağlamlıq vəziyyətləri daha ağır olan uşaqların evlərinə gedir, onların hara necə müraciət etmələri üçün müəyyən istiqamətlər göstərilır. Bəzən həmin uşaqların xüsusi yaradıcılıqlarının- rəsm,əl işləri olduğundan,onların sərgisini keçirmək arzuları olur. Layihə rayon ərazisində davam etdirilir.Uşaqlara belə qayğının, diqqətin göstərilməsi valideynləri çox sevindirir və ölkəmizin Prezidentinə və Nazirliyə öz minnətdarlıqlarını bildirirlər.