“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud olan gənclərin peşə bacarıqlarının üzə çıxarılması və inkişafı məqsədilə təlimlərin təşkili və onların məşğulluğunun təmin olunmasına dəstək vermək“ adlı layihə çərçivəsində Zərdab (14-15.11.2019), Ağdaş (16-17.11.2019), Bərdə (18-19.2019), Tərtər (20-21.11.2019) rayonlarında maarifləndirici təlimlər təşkil edib.

Elitinfo-ya Birliyin və layihənin rəhbəri Dinara Bayramlının verdiyi məlumata görə, yuxarıda qeyd olunan rayonlarda 12 nəfər sağlamlıq imkanları məhdud gənclərlə bərabər onların valideyləri də olmaqla 2 günlük təlimlər keçirilib İnteraktiv keçən təlimlər zamanı valideynlər mövzuya uyğun və mövzudankənar çoxsaylı suallarla layihə üzrə təlimçi Nailə İsmayılovaya çoxsaylı suallarla müraciət ediblər. Təlimçi təlimin mövzusuna uyğun olaraq ünvanlanmış sualları cavablandırmağa çalışıb. Eyni zamanda o, təlimlərin keçirilməsinin əsas məqsədini iştirakçıların diqqətinə çatdıraraq bildirib ki, layihədə prioritet istiqamət olaraq sağlamlıq imkanları məhdud olan gənclərin məşğulluq hüquqlarının təmin olunması yolu ilə yoxsulluq riskinin azaldılmasını təmin edilməsi nəzərdə tutulub. Valideylərin övladları ilə bağlı bütün narahatçılıqlarını anlayışla qarşılamağa çalışırdılar. Təlim zamanı respublikamızda sağlamlıq imkanları məhdud insanların məşğulluğunun təmin olunması dövlətin diqqət mərkəzində olduğu və bu istiqamətdə proqramların həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırdı. O da qeyd olundu ki, gələcəkdə regionlar üzrə bərpa mərkəzləri yaradılarsa, bu da sağlamlıq imkanları məhdud uşaq və gənclərin peşə bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Təlimlərdə iştirak edən əl bacarıqları olan gənclərimiz peşə təhsili almaq arzusunda olduqlarını bildirdilər. Təlimçi onları peşə təhsili üsrə reabilitasiya almaq istiqamətində yönləndirərək dövlətimizin yaratdığı şəraitdən istifadə etmələrini tövsiyyə etdi. Təlim boyunca hər bir rayonda yaşayan sağlamlıq imkanları məhdud gənclər bundan sonrakı həyatlarını həm maddi, həm də mənəvi cəhətdən təmin etmək üçün peşəyə yiyələnməkdə dəstəyə ehtiyacları olduqlarını bildirdilər. Layihə icraçıları layihə bitdikdən sonra da onlara dəstək olacaqlarını xüsusilə qeyd etdilər. Hər təlimdən sonra iştirakçılarla çay süfrəsi ətrafında səmimi söhbətləşmələr oldu. Sonda iştirakçılara üzərində Gənclər Fondunun loqosu həkk olunmuş hədiyyələr təqdim olundu.