Yaponiyanın şimal-şərq sahillərində güclü zəlzələ olub
Dekabrın 21-də Yaponiyanın şimal-şərq sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Elitinfo.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 02:23-də qeydə alınan yeraltı təkanların episentri Aomori prefekturasının sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Continue readingAvropanın bir neçə ölkəsində koronavirusun yeni növü aşkarlandı
Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiyaya uğramış yeni forması Niderlandda, Danimarkada və Avstraliyada da qeydə alınıb. Elitinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən BBC bildirib. İnfeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur. Qeyd edilir ki, ÜST koronavirusun […]
Continue readingTürkiyədə daha iki zəlzələ oldu
Türkiyənin Muğla vilayətində iki dəfə zəlzələ qeydə alınıb. Elitinfo.az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Qeyd edilir ki, yeraltı təkanlar Ula rayonunda 3,9 və 3.8 bal gücündə qeydə alınıb. Məlumata görə, birinci zəlzələ yerli vaxtla saat 06:14-də baş verib. Saat 06:16-da isə 3,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb. […]
Continue readingErmənistanda aksiya iştirakçıları Nikol Paşinyanın hərbi qəbiristanlığa girməsinə mane olublar
Ermənistanda dekabrın 19-da keçirilən matəm yürüşü zamanı gərginlik yaşanıb. Elitinfo.az xəbər verir ki, Qarabağda ölən əsgərlərin valideynləri və müharibə iştirakçıları Yerevandakı “Erablur” hərbi qəbiristanlığına doğru yürüş ediblər. Ermənistanın baş naziri Nikol Paşinyanın da matəm yürüşünə qoşulması aksiya iştirakçılarının etirazına səbəb olub. Qəbiristanlığın ətrafında Paşinyan tərəfdarları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Paşinyanın mühafizəçiləri polisin köməyi […]
Continue readingABŞ-ın vitse-prezidenti Mayk Pens COVID-19 əleyhinə peyvənd olunub
Dekabrın 18-də ABŞ-ın vitse-prezidenti Mayk Pensə birbaşa efirdə COVID-19 əleyhinə peyvənd edilib. Elitinfo.az xəbər verir ki, Mayk Pens “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən işlənib hazırlanan yeni vaksinin təhlükəsiz və səmərəli olmasına amerikalılarda inam hissini artırmaq məqsədilə birbaşa efirdə peyvəndlənib. Vitse-prezidentin həyat yoldaşı Karen Pens və ABŞ-ın baş cərrahı Cerom Adams da onunla birgə peyvənd […]
Continue readingTürkiyədə xəstəxanada baş verən yanğın nəticəsində səkkiz nəfər həlak olub
Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasının COVID-19 xəstələrinin müalicə aldığı bölməsində yanğın baş verib. Hadisə nəticəsində səkkiz nəfər həlak olub. Elitinfo.az xəbər verir ki, hadisə xəstəxananın reanimasiya şöbəsində yüksək axınlı oksigen cihazının nasazlığı səbəbindən meydana gəlib. Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.
Continue readingRəcəb Tayyib Ərdoğan: Son 18 ildə qurduğumuz güclü təməllər üzərində yeni Türkiyə inşa edirik
Son 18 ildə qurduğumuz güclü təməllər üzərində yeni Türkiyə inşa edirik. Elitinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Kağıthane rayonunda yeni meydanın açılışı mərasimində bildirib. Pandemiya və dünyada bununla bağlı getdikcə artan iqtisadi problemlərə baxmayaraq, Türkiyənin hədəflərinə doğru irəliləməyə davam etdiyini vurğulayan Prezident bunun bəzi ölkələr tərəfindən heyranlıqla qarşılandığını bildirib. O, […]
Continue readingTürkiyədə hazırlanan COVID-19 peyvəndlərinin heyvanlar üzərində araşdırılması uğurla başa çatıb
Türkiyədə hazırlanan COVID-19 peyvəndlərindən dördünün heyvanlar üzərində araşdırılması prosesi uğurla başa çatıb. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank “TÜBİTAK COVID-19 Türkiyə Platforması Peyvənd və Dərman Konfransı”nda çıxışı zamanı bildirib. O, Türkiyənin elm adamları tərəfindən yeni növ koronavirusa qarşı başladılan peyvənd və dərman istehsalı istiqamətində görülən işlər barədə […]
Continue readingGürcüstan Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək
Gürcüstan parlamenti ölkənin xarici siyasəti ilə bağlı yeni qətnamə qəbul edəcək. Elitinfo.az xəbər verir ki, 14 bənddən ibarət olan qətnamə artıq parlamentə təqdim olunub. Sözügedən qətnamə 2013-2016-cı illərdə ölkə parlamentinin Gürcüstanın xarici siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin əsas prinsiplərini özündə əks etdirir. Sənədin maraq kəsb edən məqamlarından biri də qonşu ölkələrlə olan maddədir. Həmin […]
Continue readingFransa prezidenti koronavirusa yoluxub
Fransa Prezidenti Emmanuel Makrona COVID-19 diaqnozu qoyulub. Elitinfo.az Fransa KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Makronun koronavirus testinin müsbət nəticələndiyi bildirilir. Məlumata görə, ölkə başçısı yeddi günlük karantinə yollanıb və öz vəzifələrini məsafədən icra edəcək. Fransa COVID-19 virusunun ən çox yayıldığı Avropa ölkələrindən biridir. Pandemiyanın onlayn statistikasını aparan Worldometer saytının […]
Continue reading