Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasının COVID-19 xəstələrinin müalicə aldığı bölməsində yanğın baş verib. Hadisə nəticəsində səkkiz nəfər həlak olub.

Elitinfo.az xəbər verir ki, hadisə xəstəxananın reanimasiya şöbəsində yüksək axınlı oksigen cihazının nasazlığı səbəbindən meydana gəlib.
Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.