Fransa Prezidenti Emmanuel Makrona COVID-19 diaqnozu qoyulub.
Elitinfo.az Fransa KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Makronun koronavirus testinin müsbət nəticələndiyi bildirilir. Məlumata görə, ölkə başçısı yeddi günlük karantinə yollanıb və öz vəzifələrini məsafədən icra edəcək.
Fransa COVID-19 virusunun ən çox yayıldığı Avropa ölkələrindən biridir. Pandemiyanın onlayn statistikasını aparan Worldometer saytının dekabrın 17-nə olan son məlumatına görə, ölkədə 2 milyon 409 mindən çox yoluxma qeydə alınıb, 60 minə yaxın insan koronavirusun qurbanı olub.