Beynəlxalq Valyuta Fondu İtaliya iqtisadiyyatının artımı ilə bağlı proqnoz verib

AGI informasiya agentliyi xəbər verir ki, BVF-nın proqnozuna görə, bu il ölkə iqtisadiyyatının 0,1 faiz, gələn il isə 0,9 faiz artacağı bildirilir. Beynəlxalq təşkilat İtaliyanı, struktur islahatlarında irəliləyişə və xidmət sektorunda rəqabət qabiliyyətinin artırılmasına çağırıb. BVF, həmçinin İtaliyada xərclərin artırlması riski ilə bağlı sayıq davranmağın vacibliyini də bildirib.

Continue reading

İsraildə yeni seçilən parlament fəaliyyətə başlayıb

İsrailin Knesseti (parlament) yeni tərkibdə fəaliyyətə başlayıb. “RİA Novosti” xəbər verir ki, əvvəlcə rəsmi andiçmə mərasimi keçirilib və Prezident Reuven Rivlin deputatlara ənənəvi xeyir-dua verib. O, seçki kampaniyası dövründə qarşılıqlı hücumlar və təhriflərin baş alıb getdiyini, nifrət ab-havasının hökm sürdüyünü, lakin bütün bunların keçmişdə qaldığını bildirib.

Continue reading

Səudiyyə Ərəbistanı ABŞ-ı hədələyib – «OPEK-in əleyhinə qanun qəbul etsə…»

Səudiyyə Ərəbistanı bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları (ABŞ) kartel (OPEK) əleyhinə qanun qəbul etsə, neft satışı zamanı dollarla hesablaşmaqdan imtina edə bilər. «Röyter» agentliyinin xəbər verdiyi kimi, söhbət «No OPEK» qanunudan gedir. Bu qanun ABŞ məhkəmələrinə neft hasilatı məsələsində kartel razılaşması imzalayan dövlətlərə qarşı antiinhisar iddialarına baxmağı təklif edir. Belə təşəbbüs Ər-Riyadın narazılığına […]

Continue reading

Almaniya, Fransa və Küveyt İrana humanitar yardım göndərir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Maurerin ötən həftə BMT-nin Nyu-Yorkda keçirilən iclasındakı tənqidi çıxışından sonra İrana humanitar yardımlar daxil olmağa başlayıb. İranda yağan aramsız yağışlar nəticəsində martın 17-dən 26-na qədər ölkənin 24 vilayətində daşqınlar olub, sel suları şəhər və kəndlərin infrastrukturunu dağıdıb, 50 mindən çox ev uçub, 70 nəfər həlak olub, 700-dən çox adam […]

Continue reading

Hizbullah” ABŞ-a qarşı mübarizəyə çağırdı

Livanda İranın dəstəklədiyi “Hizbullah” hərəkatının lideri Həsən Nəsrulla ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımasına ciddi müqavimət göstərməyə çağırıb. “France Presse” agentliyi xəbər verir ki, Nəsrulla ABŞ prezidenti Donald Trampın Qolan təpələrini İsrail ərazisi kimi tanımasını “Ərəb-İsrail münaqişəsi tarixindəki kritik dönüş nöqtəsi” adlandırıb. “Suriyalılar üçün öz torpaqlarını geri qaytarmaq və fələstinlilər üçün isə öz qanuni […]

Continue reading

Türkiyə xaricdən aldığı qazın ucuzlaşması üçün danışıqlar aparır

Türkiyənin cari ildə 52,1 milyard kubmetrdən çox təbii qaz istehlak edəcəyi proqnozlaşdırılır “Bir neçə il ərzində mövcud uzunmüddətli təbii qaz müqavilələrində bir yeniləmə prosesi olacaq”.  Türkiyənin yenisafak.com saytının verdiyi xəbərə görə, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol deyib. F.Birol əlavə edib ki, bu müqavilələr yeniləndiyi təqdirdə təbii qazın satış qiymətində ucuzlaşma müşahidə ediləcək:“Türkiyə olaraq […]

Continue reading

Ukraynada seçkiləri 2 minə yaxın xarici müşahidəçi izləyəcək

Ukrayna Mərkəzi Seçki Komissiyası (MKS) prezident seçkiləri ilə bağlı 2000-ə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir. Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Ölkədə 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb.

Continue reading

ECB uçot dərəcəsini sabit saxlayıb

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı – 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. “Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Qurum həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib. Qeyd edək ki, ECB-nin bu ilin sonuna qədər faizləri dəyişmək niyyətində olmadığı bildirilir.

Continue reading

Gülnarə Kərimova saxlanıldı

Özbəkistanın birinci və keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkə prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.”İnterfax” xəbər verir ki, bu barədə G.Kərimovanın qızı İman Kərimova bildirib. İ.Kərimova qeyd edib ki, dünən saat 19:00 radələrində prokurorluğun işçiləri zorla onun Daşkənddəki mənzilinə giriblər. Prokurorluğun əməkdaşları əvvəlcə “rəhbərlik” adından G.Kərimovanı hədələyiblər. Bir neçə dəqiqə sonra prokurorluğun başqa işçiləri zorla […]

Continue reading

ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edir

ABŞ prezidenti Donald Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etməyi planlaşdırır. “RİA “Novosti” xəbər verir ki, Tramp bu barədə qərarı Türkiyə ilə iqtisadi inkişafın səviyyəsinə əsasən qəbul edib. Tramp hesab edir ki, son 45 ildə Türkiyə iqtisadiyyatı çox güclənib və şaxələnib. Bununla belə, sözügedən qərar Türkiyə mallarının ABŞ-a ixracına mənfi təsir göstərə bilər.

Continue reading