ABŞ prezidenti Donald Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etməyi planlaşdırır.
“RİA “Novosti” xəbər verir ki, Tramp bu barədə qərarı Türkiyə ilə iqtisadi inkişafın səviyyəsinə əsasən qəbul edib.
Tramp hesab edir ki, son 45 ildə Türkiyə iqtisadiyyatı çox güclənib və şaxələnib.
Bununla belə, sözügedən qərar Türkiyə mallarının ABŞ-a ixracına mənfi təsir göstərə bilər.