Ukrayna Mərkəzi Seçki Komissiyası (MKS) prezident seçkiləri ilə bağlı 2000-ə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Ölkədə 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb.