Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı – 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Qurum həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.
Qeyd edək ki, ECB-nin bu ilin sonuna qədər faizləri dəyişmək niyyətində olmadığı bildirilir.