Səudiyyə Ərəbistanı bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları (ABŞ) kartel (OPEK) əleyhinə qanun qəbul etsə, neft satışı zamanı dollarla hesablaşmaqdan imtina edə bilər.

«Röyter» agentliyinin xəbər verdiyi kimi, söhbət «No OPEK» qanunudan gedir. Bu qanun ABŞ məhkəmələrinə neft hasilatı məsələsində kartel razılaşması imzalayan dövlətlərə qarşı antiinhisar iddialarına baxmağı təklif edir. Belə təşəbbüs Ər-Riyadın narazılığına səbəb olub.

Eyni zamanda, agentliyin yazdığına görə, ABŞ hakimiyyəti çətin ki, OPEK dövlətləri ilə məhkəmə çəkişməsinə aparan bu qanunu qəbul etsin.a