Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı kəskin şəkildə artdı
Gürcüstanda son sutkada daha 1 192 nəfərə koronavirus diaqnozu qoyulub, 233 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib. Elitinfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 17 477-yə, sağalanların sayı 8 060-a, dünyasını dəyişənlərin sayı isə 136-ya çatıb. Hazırda karantində 6 […]
Continue readingTürkiyədə terror aktının qarşısı ən son anda alınıb
Türkiyənin Gazi Antəp şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb. Elitinfo.az xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər. Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında […]
Continue readingTürkiyə Qara dənizdə yeni təbii qaz ehtiyatı aşkarlayıb
Türkiyə Qara dənizdəki milli sektorunda yeni təbii qaz ehtiyatı aşkarlayıb. “Fatih” kəşfiyyat gəmisi tərəfindən araşdırma aparılan “Sakarya” yatağının “Tuna-1” kəşfiyyat quyusunda 85 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlanıb. Beləliklə, Türkiyə tərəfindən Qara dənizdə aşkarlanan təbii qaz ehtiyatının həcmi 405 milyard kubmetrə çatıb. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fatih” kəşfiyyat […]
Continue readingUkraynada sutka ərzində koronavirusa yoluxma və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb
Ukraynada son sutka ərzində koronavirusa yoluxma və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb. Elitinfo.az Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 6410 nəfər koronavirusa yoluxub, 109 nəfər isə həyatını itirib. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 293 min […]
Continue readingİran İraq banklarında qalan 5 milyard dollarını geri alıb
İran İraq banklarında “dondurulan” 5 milyard ABŞ dollarını geri alıb və istifadə edir. Elitinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himməti deyib. O bildirib ki, digər ölkələrin banklarında qalan pulların da geri alınması istiqamətində işlər həyata keçirilir. İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində Koreya Respublikasının banklarında İrana məxsus 8 […]
Continue readingTürkiyənin böyük şəhərlərində COVID-19 xəstələrinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur
Son bir həftə ərzində başda İstanbul və Bursa olmaqla, Türkiyənin böyük şəhərlərində COVID-19 xəstələrinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Ölkə ərazisində koronavirusla mübarizənin artıq yeddi aydır davam etdiyini deyən nazir bununla Türkiyə səhiyyə sisteminin çox vacib bir imtahandan uğurla keçdiyini vurğulayıb. […]
Continue readingPakistanda terror aktları törədilib
Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində terror aktları törədilib. Elitinfo.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində törədilmiş terror hücumları nəticəsində xüsusi xidmət orqanının 13 əməkdaşı və 7 xüsusi mühafizəçi həlak olub.
Continue readingTailandda fövqəladə vəziyyət elan olunub
Tailand hökuməti paytaxt Banqkokda davam edən etiraz aksiyalarının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib. Elitinfo.az yerli KİV-lərə istinadla xəbər verir ki, Baş Nazir Prayut Çan-o-çanı devirməyə və yeni Konstitusiyanı qəbul etməyə çağıran etirazçılar hökumət evinin qarşısında çadırlar qurub, bundan başqa, kral kortejinin yolunu kəsiblər. Tailandda COVID-19 pandemiyası səbəbindən daha əvvəldən fövqəladə vəziyyət qüvvədə idi. […]
Continue readingİndiyədək 415 minə yaxın suriyalı Türkiyədən vətəninə qayıdıb
Türkiyə sərhədlərindən kənarda aparılan antiterror əməliyyatları sayəsində təmin edilən təhlükəsizliyin nəticəsi olaraq indiyədək 414 min 61 suriyalı könüllü şəkildə vətəninə qayıdıb. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Tarixin millətlər, ölkələr, qonşular, coğrafiyalar üzərində böyük öhdəliklər qoyduğunu deyən nazir hazırda Türkiyə tərəfindən günahsız insanların qorunması istiqamətində görülən işin bəşəriyyət […]
Continue readingQırğızıstan Prezidenti istefa verib
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkədəki gərgin ictimai-siyasi vəziyyət fonunda istefaya getmək haqqında qərar qəbul edib. Elitinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Sooronbay Jeenbekov istefa qərarı ilə bağlı xalqa müraciət edib. Müraciətdə deyilir: “Ölkədə və Bişkekdə ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Yeni seçilmiş parlament buraxıldı, parlamentin sədri və Baş […]
Continue reading