Türkiyə sərhədlərindən kənarda aparılan antiterror əməliyyatları sayəsində təmin edilən təhlükəsizliyin nəticəsi olaraq indiyədək 414 min 61 suriyalı könüllü şəkildə vətəninə qayıdıb.
Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Tarixin millətlər, ölkələr, qonşular, coğrafiyalar üzərində böyük öhdəliklər qoyduğunu deyən nazir hazırda Türkiyə tərəfindən günahsız insanların qorunması istiqamətində görülən işin bəşəriyyət üçün müqəddəs olduğunu vurğulayıb.