Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkədəki gərgin ictimai-siyasi vəziyyət fonunda istefaya getmək haqqında qərar qəbul edib.

Elitinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sooronbay Jeenbekov istefa qərarı ilə bağlı xalqa müraciət edib. Müraciətdə deyilir: “Ölkədə və Bişkekdə ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Yeni seçilmiş parlament buraxıldı, parlamentin sədri və Baş Nazir dəyişdi, yeni hökumət formalaşdı, digər təyinatlar oldu. Bununla belə gərginlik qalır, prezidentin istefası tələb olunur. Münaqişəyə son qoymaq üçün istefa verməyi qərara aldım. Qırğızıstanda sülh və sabitliyin olması mənim üçün hər şeydən üstündür. Mən Qırğızıstanın tarixində qan tökən, öz vətəndaşlarına güllə atan prezident kimi qalmaq istəmirəm. Buna görə də istefa verməyi qərara aldım”.