Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində terror aktları törədilib.
Elitinfo.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində törədilmiş terror hücumları nəticəsində xüsusi xidmət orqanının 13 əməkdaşı və 7 xüsusi mühafizəçi həlak olub.