Nüvə Silahlarına Qadağa Müqaviləsi yanvarn 22-dən qüvvəyə minəcək
Nüvə Silahlarına Qadağa Müqaviləsi gələn il yanvarın 22-dən qüvvəyə minəcək. Elitinfo.az xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Beynəlxalq Kompaniyanın rəsmi saytında bildirilib. Qeyd olunub ki, 50 ölkə Nüvə Silahlarına Qadağa Müqaviləsini təsdiqləyib.
Continue reading“Samsung” şirkətinin rəhbəri vəfat edib
“Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib. Elitinfo.az xarici KİV-lərə istinadla xəbər verir ki, Li Qon Xi Seulda “Samsung” xəstəxanasında dünyasını dəyişib. O, atası – konsernin banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra “Samsung”un ikinci sədri olub. 2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq […]
Continue readingSutka ərzində İranda koronavirusdan 335 nəfər həyatını itirib
Bu günə olan məlumata görə, İranda 5814 nəfər koronavirusa yoluxub, 335 nəfər isə vəfat edib. Elitinfo.az İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsaslanaraq xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 562 min 705 nəfər, ölənlərin sayı isə 32 min 320 olub. Müalicəsi davam edən 4952 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 450 min […]
Continue readingƏfqanıstanda “Əl-Qaidə” liderlərindən biri zərərsizləşdirilib
Əfqanıstanın təhlükəsizlik qüvvələri adı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçuları siyahısında olan “Əl-Qaidə” liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib. Elitinfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Milli İdarəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb. Əl-Masri terror təşkilatına ABŞ vətəndaşlarının qətli məqsədi ilə maddi dəstək göstərilməsində ittiham edilirdi. O, Əfqanıstanın şərqində Qazni əyalətində […]
Continue readingABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb
ABŞ hərb-dəniz qüvvələrinin döyüş təyyarəsi Alabama ştatında qəzaya uğrayıb. Elitinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lər Bolduin dairəsi şerifinin ofisinə istinadla məlumat yayıb. Təlim təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın hər iki üzvünün həlak olduğu, yerdə isə heç kəsin zərər çəkmədiyi bildirilir. Amerika hərbi-hava hazırlığının komandanlığı həlak olan təyyarəçilərin doğmalarına Twitter-də başsağlığı verib. İnsidentin təhqiqatı […]
Continue readingİranda 8 ton ehtiyatı olan qızıl mədəni aşkarlanıb
İranın Sistan-Bəlucistan vilayətində 8 ton ehtiyatı olan qızıl mədəni aşkar edilib. Elitinfo.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının nümayəndəsi Məndan Zəncənə deyib. O bildirib ki, aparılan kəşfiyyat işləri nəticəsində aşkar edilən mədənin yaxın vaxtlarda istismarına başlanacaq. Qızılın çıxarılması və dünya bazarına göndərilməsi üçün investisiyanın da zəruri olduğunu bildirən M.Zəncənə bu istiqamətdə işlərin həyata keçirildiyini […]
Continue readingTürkiyə və Yunanıstan gələn həftə planlaşdırılan hərbi təlimləri təxirə salıblar
Türkiyə və Yunanıstan milli bayramlarının qeyd ediləcəyi qarşıdakı həftə Aralıq dənizində planlaşdırdıqları hərbi təlimlərin icrasını təxirə salıblar. Elitinfo.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib. Baş katib deyib ki, bu qərarlar arzuolunmaz hadisələrin və qəzaların qarşısının alınması baxımından önəmli addımlardır. Məlumatda bildirilir ki, təlimləri ləğv etmək […]
Continue readingGürcüstan pandemiya səbəbindən “qırmızı” zonaya keçdi
Gürcüstanda koronavirus yayılmaqda davam edir. Bütün tədbirlərə baxmayaraq COVID-19 virusunun yayılması kütləvi hal alıb. Bu səbəbdən də Gürcüstan “narıncı” zonadan “qırmızı” zonaya keçib. Elitinfo.az bürosu xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, Gürcüstanda yoluxmanın pik dövrü noyabrın ikinci-üçüncü həftəsində […]
Continue readingCOVID-19: Fransada son sutkada 40 min yeni yoluxma qeydə alınıb
Fransada son sutka ərzində COVID-19 infeksiyasına yeni yoluxma sayı 40 minə çatıb. Xəstəxanalarda 14 032 koronavirus xəstəsi var və onlardan 847-si son 24 saat ərzində daxil olub. Reanimasiya şöbələrində 2 319 ağır vəziyyətdə olan koronavirus xəstəsi müalicə olunur. Elitinfo.az xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, ölkədə koronavirus xəstələrinin sayı […]
Continue readingTürkiyənin “Oruç Reis” gəmisi oktyabrın 27-dək Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək
Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti oktyabrın 27-dək uzadılıb. Elitinfo.az xəbər verir ki, bununla bağlı yeni “Navtex” (dənizçilərə elan) elan edilib. “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 […]
Continue reading