Fransada son sutka ərzində COVID-19 infeksiyasına yeni yoluxma sayı 40 minə çatıb. Xəstəxanalarda 14 032 koronavirus xəstəsi var və onlardan 847-si son 24 saat ərzində daxil olub. Reanimasiya şöbələrində 2 319 ağır vəziyyətdə olan koronavirus xəstəsi müalicə olunur.

Elitinfo.az xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirus xəstələrinin sayı sürətlə artır və xəstəxanalar çarpayı çatışmazlığı ilə üzləşib.

Ölkədə 54 departamentdə komendant saatı elan olunub. Baş Nazir Jan Kasteks vəziyyətin belə davam etdiyi təqdirdə hökumətin daha sərt tədbirlər görmək məcburiyyətində qalacağını səsləndirib.

Fransanın İqtisadiyyat naziri Brüno Lö Mer bildirib ki, komendant saatı ölkənin maliyyə büdcəsinə 2 milyard avroya başa gəlir. Hazırda ölkədə komendant saatı axşam saat 21:00-dan səhər saat 06:00-a qədərdir. Ancaq yaxın günlərdə komendant saatının müddətinin dəyişdiriləcəyi, daha tez başlayacağı qeyd edilib.

Xatırladaq ki, Fransada bu günə qədər 999 043 nəfər koronavirusa yoluxub, xəstəxanalara daxil olan koronavirus xəstələrindən 108 599-u sağalıb.