Əfqanıstanın təhlükəsizlik qüvvələri adı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçuları siyahısında olan “Əl-Qaidə” liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib.
Elitinfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Milli İdarəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Əl-Masri terror təşkilatına ABŞ vətəndaşlarının qətli məqsədi ilə maddi dəstək göstərilməsində ittiham edilirdi. O, Əfqanıstanın şərqində Qazni əyalətində xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.