ABŞ hərb-dəniz qüvvələrinin döyüş təyyarəsi Alabama ştatında qəzaya uğrayıb.

Elitinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lər Bolduin dairəsi şerifinin ofisinə istinadla məlumat yayıb.

Təlim təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın hər iki üzvünün həlak olduğu, yerdə isə heç kəsin zərər çəkmədiyi bildirilir. Amerika hərbi-hava hazırlığının komandanlığı həlak olan təyyarəçilərin doğmalarına Twitter-də başsağlığı verib.

İnsidentin təhqiqatı ilə Müdafiə Nazirliyi və hərbi-dəniz donanmasının əməkdaşları məşğul olacaqlar.