Bu günə olan məlumata görə, İranda 5814 nəfər koronavirusa yoluxub, 335 nəfər isə vəfat edib.

Elitinfo.az İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsaslanaraq xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 562 min 705 nəfər, ölənlərin sayı isə 32 min 320 olub.

Müalicəsi davam edən 4952 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 450 min 891 nəfər sağalaraq evə buraxılıb.