İran Prezidenti İslam dövlətlərinin başçılarına müraciət ünvanlayıb
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani müqəddəs Məhəmməd Peyğəmbərin mübarək doğum günü münasibətilə İslam dövlətlərinin başçılarına təbrik ünvanlayıb. Elitinfo.az xəbər verir ki, Prezident H.Ruhaninin İslam ölkələrinin başçılarına təbrik müraciətində Avropada Peyğəmbərin karikaturasının çəkilməsinə toxunaraq deyilir: “İslamın əziz Peyğəmbəri aləmlər üçün mərhəmət və əxlaq nümunəsidir. Belə böyük şəxsiyyətə hörmətsizlik dəyərlərə, əxlaqa və azadlığa hörmətsizlikdir. Hörmətsizlik edənləri […]
Continue readingTürkiyənin Alanya bölgəsində turist gəmisi batıb
Türkiyənin Antalya vilayətinin Alanya rayonuna yaxın bölgədə turist gəmisi batıb. Elitinfo.az xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub.Qəza Antalya vilayətinin Alanya Qalasının Fosforlu Mağarasından 50-100 metr uzaqlıqda baş verib. Hadisənin səbəbləri hələ ki bəlli deyil. Türkiyənin Alanya bölgəsində batan turist gəmisindən bir nəfərin cəsədi çıxarılıb.Gəmidə 30-a yaxın turistin olduğu bildirilir.Digər sərnişinlərin axtarışları davam […]
Continue readingVyanada terror aktının İŞİD-lə əlaqəli olduğu elan edilib
Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında noyabrın 2-də Vyanada baş verən terror aktının İŞİD-lə əlaqəli olduğunu elan edib. Elitinfo.az xəbər verir ki, nazir çıxışında dünən zərərsizləşdirilmiş terrorçunun İŞİD təəssübkeşi olduğunun müəyyən edildiyini bildirib. Qeyd edilib ki, terrorçunun üzərində avtomat silah, külli miqdarda patron və saxta partlayıcı kəmər aşkarlanıb. Eləcə də onun yaşadığı […]
Continue readingVyana şəhərinin mərkəzində polislə atışmada cinayətkar dəstənin bir üzvü məhv edilib
Vyana şəhərinin mərkəzində yerləşən Şvedenplats meydanında polislə naməlum şəxslər arasında atışma olub. Elitinfo.az xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə nəfərdən ibarət qrup və polis arasında atışmada hücumçulardan biri məhv edilib. Meydanın yaxınlığında yəhudi icmasının Vyanadakı əsas sinaqoqu Şəhər Məbədi yerləşdiyinə görə, ilkin xəbərlərdə hücumun əsas hədəfinin sinaqoq olduğu barədə məlumatlar yayılıb. Yəhudi Dini […]
Continue readingİzmirdə 91 saatdan sonra dağıntılar altından bir uşaq sağ çıxarılıb
İzmirdə davam edən axtarış-xilasetmə işləri nəticəsində 91 saat sonra bir uşaq dağıntılar altından sağ çıxarılıb. Elitinfo.az xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger bildirib. Qeyd edilib ki, Ayla Gezgin adlı balaca qızcığaz bir saat davam edən xilasetmə işlərindən sonra dağıntılar altından sağ çıxarılıb. Xatırladaq ki, İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin […]
Continue readingUkraynada yeni antirekord: koronavirusa gündəlik yoluxma 9 minə çatıb
Ukraynada son sutkada 9 minə yaxın insan koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb. Elitinfo.az Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün Ukraynada 8899 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 411 min 93-ə çatıb, 168 min 868 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma […]
Continue readingMisirdə parlament seçkilərinin ilk mərhələsinin nəticələri açıqlanıb
Oktyabrın 21-23-də Misirin Nümayəndələr Palatasına keçirilmiş seçkilərin ilk mərhələsinin nəticələri açıqlanıb. Elitinfo.az xəbər verir ki, Milli Seçki Komissiyasının (MSK) sədri Ləşen İbrahimin keçirdiyi mətbuat konfransında “Müstəqbəl Vətən” koalisiyasının seçkilərin ilk mərhələsinin qalibi olduğu elan edilib. Parlament seçkilərinin ilk mərhələsi Misirin 14 vilayətində baş tutub. Komissiyanın sədri bildirib ki, seçici fəallığı 28,9 faiz təşkil edib. Təqribən […]
Continue reading“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası ölkədə üçüncü dəfə yeni hökumət formalaşdıracaq
Gürcüstanda parlament seçkiləri başa çatıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası seçicilərin 48,15 faizinin səsini qazanmaqla üçüncü dəfə seçkilərdə qalib gəlib. Bu qələbə həm də “Gürcü arzusu”na hökuməti formalaşdırmaq səlahiyyəti verir. Qeyd edək ki, bu seçkilərdə ümumilikdə 48 partiya və 2 seçici bloku iştirak edib. Onlardan yalnız 9-u parlamentdə […]
Continue readingFilippində “Qoni” tufanı nəticəsində 10 nəfər həyatını itirib
Filippin hakimiyyət orqanlarının bildirdiyinə görə, Lusona adasının yaxınlığından keçən “Qoni” tufanı nəticəsində ən azı 10 nəfər həyatını itirib. Elitinfo.az yerli KİV-lərə istinadla xəbər verir ki, noyabrın 1-də həmin əraziyə çatan tufanın özü ilə gətirdiyi leysan yağışlar və güclü külək bütün regionda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Çoxlu sayda ev su altında qalıb. Təbii fəlakətlərlə […]
Continue readingÜST rəhbəri özünü təcridetmə rejiminə keçdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə əlaqədən sonra özünü təcrid edib. Elitinfo.az xəbər verir ki, bu barədə təşkilatın başçısı özünün “Twitter”dəki səhifəsində bildirib. “Müəyyən edilib ki, mən testi (koronavirus – red) müsbət çıxan kiminləsə əlaqədə olmuşam. Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma yaxın günlərdə ÜST-ün protokollarına uyğun olaraq […]
Continue reading