İzmirdə davam edən axtarış-xilasetmə işləri nəticəsində 91 saat sonra bir uşaq dağıntılar altından sağ çıxarılıb.

Elitinfo.az xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger bildirib.

Qeyd edilib ki, Ayla Gezgin adlı balaca qızcığaz bir saat davam edən xilasetmə işlərindən sonra dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 102 nəfərə çatıb.