Oktyabrın 21-23-də Misirin Nümayəndələr Palatasına keçirilmiş seçkilərin ilk mərhələsinin nəticələri açıqlanıb.

Elitinfo.az xəbər verir ki, Milli Seçki Komissiyasının (MSK) sədri Ləşen İbrahimin keçirdiyi mətbuat konfransında “Müstəqbəl Vətən” koalisiyasının seçkilərin ilk mərhələsinin qalibi olduğu elan edilib.

Parlament seçkilərinin ilk mərhələsi Misirin 14 vilayətində baş tutub. Komissiyanın sədri bildirib ki, seçici fəallığı 28,9 faiz təşkil edib. Təqribən 1 milyon bülleten isə etibarsız sayılıb. MSK sədri əlavə edib ki, bəzi seçki məntəqələrində baş vermiş nöqsanlar operativ şəkildə aradan qaldırılıb. Seçkilərin gedişini 56 yerli və 14 beynəlxalq təşkilatın nümayəndələri müşahidə ediblər. Birinci mərhələdə parlamentin aşağı palatasında 284 deputat yeri uğrunda 568 namizəd mübarizə aparıb.

Seçkilərin ikinci turu noyabrın 23-25-də keçiriləcək.