Ukraynada son sutkada 9 minə yaxın insan koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb.

Elitinfo.az Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün Ukraynada 8899 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 411 min 93-ə çatıb, 168 min 868 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Jitomir və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 157 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7532 nəfərə çatıb.

  • Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.