Nyu-York və Ohayo ştatlarında pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq ediləcək

  Nyu-York qubernatoru Endryu Kuomo və Ohayo qubernatoru Mayk Devayn rəhbərlik etdikləri ştatlarda COVID-19 ilə bağlı yeni təsdiqlənmiş hadisələrinin artdığını nəzərə alaraq yeni məhdudiyyətlərin tətbiqini elan ediblər. Elitinfo.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında yeni yoluxmaların sayında növbəti gündəlik antirekord qeydə alınıb. Cons Hopkins Universitetinin məlumatına görə, çərşənbə axşamı ölkə daxilində 136 300 yeni hal qeydə […]

Continue reading

Vladimir Zelenski xəstəxanaya yerləşdirilib

  Koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib. Elitinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Yuliya Mendel məlumat verib. Onun sözlərinə görə, xəstəxana şəraitində müalicə daha effektlidir. “Zelenski xəstəxanada artıq bir neçə iclas keçirib”,- deyə mətbuat katibi qeyd edib.

Continue reading

Rusiyada bir gündə 439 nəfər koronavirus infeksiyasından ölüb

  Rusiyada bir gündə 21 608 nəfər koronavirus infeksiyasına yoluxub. Elitinfo.az xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 733 440 nəfərə çatıb. Bir gündə Rusiyada 18 811 nəfər sağalıb, 439 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 388 168 xəstə sağalıb, 32 032 nəfər ölüb. Hazırda Rusiyada 438 368 aktiv xəstə var. Ən […]

Continue reading

Ermənistanda kütləvi etiraz aksiyaları davam edir

  Azərbaycan tarixi Qələbənin sevincini, Ermənistan isə məğlubiyyətin acısını yaşayır. İrəvanda Ermənistan müxalifətinin mitinqi keçirilib. Artıq həbslər başlayıb. Həbs olunanlar arasında “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan da var. Elitinfo.az xəbər verir ki, 17 partiyanın iştirakı ilə keçirilən mitinqdə etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, aksiya […]

Continue reading

Türkiyənin “Oruç Reis” gəmisi noyabrın 23-dək Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək

Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti noyabrın 23-dək uzadılıb. Elitinfo.az xəbər verir ki, bununla bağlı yeni “Navtex” (dənizçilərə elan) elan edilib. “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 […]

Continue reading

Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir

  Ermənistanın baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər. Elitinfo.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb. Etirazçılar hökumət binasına daxil olublar. Etirazçıların Baş nazirin kabinetə girdiyi və ciddi ziyan vurduğu deyilir. Onlar dövlət atributlarını […]

Continue reading

Son 24 saatda Türkiyədə 2483 nəfər COVID-19-a yoluxub

Son 24 saat ərzində Türkiyədə 2483 nəfər COVID-19-a yoluxub. Bu müddət ərzində yeni növ koronavirusdan 81 nəfər həyatını itirib. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Artıq bir neçə gündür İstanbulun müxtəlif xəstəxanalarında görüşlər keçirən nazir ölkə üzrə ən çox yoluxma hallarının da məhz bu şəhərdə qeydə alındığını bildirib. Belə […]

Continue reading

Co Bayden ABŞ-ın 46-cı Prezidenti seçilib

Prezident seçkilərində 290 seçkiçi səsini qazanan Demokrat Partiyasının namizədi Co Bayden ABŞ-ın 46-cı Prezidenti olub. Donald Trampın səslərinin sayı isə 214-ə bərabərdir. Elitinfo.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Co Bayden ilk açıqlamasında Amerika xalqının onu Prezident seçməsindən qürur duyduğunu və qarşıda çətin bir dövrün olduğunu deyib. Donald Tramp isə ABŞ-da prezident […]

Continue reading

Son sutkada İranda koronavirusdan 432 nəfər ölüb

  Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib. Elitinfo.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı isə 37 min 832-yə çatıb. Müalicəsi davam edən […]

Continue reading