Koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib. Elitinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Yuliya Mendel məlumat verib.
Onun sözlərinə görə, xəstəxana şəraitində müalicə daha effektlidir.
“Zelenski xəstəxanada artıq bir neçə iclas keçirib”,- deyə mətbuat katibi qeyd edib.