Son 24 saat ərzində Türkiyədə 2483 nəfər COVID-19-a yoluxub. Bu müddət ərzində yeni növ koronavirusdan 81 nəfər həyatını itirib.
Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Artıq bir neçə gündür İstanbulun müxtəlif xəstəxanalarında görüşlər keçirən nazir ölkə üzrə ən çox yoluxma hallarının da məhz bu şəhərdə qeydə alındığını bildirib. Belə ki, Türkiyə üzrə ümumi COVID-19 xəstələrinin təxminən 40 faizi İstanbuldadır.
Ölkədə yoluxma hallarının artdığına diqqət çəkən nazir etibarlı peyvənd hazır olana qədər hər birimizin sosial məsafə qaydalarına riayət etməyimizin vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu gün 1928 nəfərin sağalması ilə Türkiyədə COVID-19-dan ümumi müalicə olunanların sayı 336 min 221 nəfərə çatıb.